Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 İyun 10:54
Şərh Yoxdur
335

Danışmaq və sükut

Həzrət Əli (ə) buyurmuşdur:

لَا خَيْرَ فِي الصَّمْتِ عَنِ الْحُكْمِ كَمَا أَنَّهُ لَا خَيْرَ فِي الْقَوْلِ بِالْجَهْلِ

“Alimin sükutu, cahilin isə danışığı faydasızdır.”[1]

Qısa izah

Allah-taala agah və alim insanlardan onların haqsızlıq, zülm və sitəm, inhiraflar və düşmən təcavüzü qarşısında sükut etməməsi barədə əhd almışdır . Belə insanlar öz əhdlərinə sadiq qalaraq öz tutarlı bəyan və məntiqləri ilə haqq-ədalət və hidayət nurunu insanların qəlblərində şölələndirməlidirlər. Hansısa bir şəxs bildikləri şeylərin az olmasına baxmayaraq, məlumatı olduğu məsələdə alim və onunla bağlı məsuliyyət daşıyır. Bu baxımdan, kifayət qədər elmi olmayan insanlar müəyyən işlərdə dəxalət edərək digərlərini inhiraf və azğınlığa sürükləməməlidir.

Elmi olduğu halda sükut etmək və bilmədiyi halda danışmaq – bunların hər ikisi bədbəxtlik törədən amillərdən sayılır. Əgər yaxşı nəzər salsaq, görərik ki, bugünkü dünyanın qlobal problemləri bu iki amilin diqqətə alınmamasından yaranmışdır. Nəticədə, alim və savadlı insanlar cəmiyyətə xeyirli və lazım olan məsələləri bəyan etmir, cahillər isə öz savadsızlıqları ilə cəmiyyəti fəsada sürükləyirlər.

 

[1] “Nəhcül-bəlağə”.

Digər “Hədislər ” Xəbərləri

Qəzəb və tələskənlik

Həzrət Əli (ə) buyurmuşdur: الحِدَّةُ نَوْعٌ مِنَ الْجُنُونِ لِأَنَّ صَاحِبَهَا يَنْدَمُ فَإِنْ لَمْ يَنْدَمْ فَجُنُونُهَا مُسْتَحْكَمٌ “Qəzəb və tələskənlik bir növ dəlilikdir.... Davamı..

Sizə 5 şeyi tövsiyə edirəm:

Allahdan başqa heç kimə ümid bağlamayın; Günahlarınızdan başqa heçnədən qorxmayın; Bilmədiyinizi suala “yox” deməkdən utanmayın; Bilmədiyinizi öyrənməyə utanmayın; Səbr edənlərdən olun ki,... Davamı..

Həzrət Cəbrayıl (ə) bir gün Peyğəmbərə (s) nazil olarkən Həzrət Peyğəmbər (s) buyurdu:

Həzrət Cəbrayıl (ə) bir gün Peyğəmbərə (s) nazil olarkən Həzrət Peyğəmbər (s) buyurdu: “Ey Cəbrayıl, mənə moizə et!” Cəbrayıl (ə) dedi: “(Allah-Taala... Davamı..

Həqiqi zahidlər

İslam Peyğəmbəri (s) buyurur: الزُّهْدُ فِي الدُّنْيَا قَصْرُ الْأََمَلِ وَ شُكْرُ كُلِّ نِعْمَةٍ وَ الْوَرَعُ عَن كُلِّ مَا حَرَّمَ للهُ “Zahidlik bu... Davamı..

Üç mühüm ictimai məsələ

İmam Sadiq (ə) buyurmuşdur: النَّاسُ سَوَاءٌ كَأَسْنَانِ الْمُشْطِ وَ الْمَرْءُ كَثِيرٌ بِأَخِيهِ وَ لَا خَيْرَ فِي صُحْبَةِ مَن لَمْ يَرَ لَكَ مِثْلَ... Davamı..

Qəzəb və tələskənlik

Həzrət Əli (ə) buyurmuşdur: الحِدَّةُ نَوْعٌ مِنَ الْجُنُونِ لِأَنَّ صَاحِبَهَا يَنْدَمُ فَإِنْ لَمْ يَنْدَمْ فَجُنُونُهَا مُسْتَحْكَمٌ “Qəzəb və tələskənlik bir növ dəlilikdir.... Davamı..

Həzrət Fatimeyi-Zəhranın (s.ə) `Müshəf`i

İslam Peyğəmbərinin (s) vəfatında sonra Həzrət Fatimeyi-Zəhra (s.ə) çox üzgün və narahat idi. Mötəbər rəvayətlərə əsasən, ona təsəlli və təskinlik vermək məqsədilə... Davamı..

Həzrət Fatimeyi-Zəhradan (s.ə) 5 hədis

1. Əhli-beytin (ə) fəzilətləri Həzrət Fatimeyi-Zəhra (ə.s.) buyurmuşdur: اِتَّقُوا اللّهَ حَقَّ تُقاتِهِ… نَحنُ وَسيلَتُهُ في خَلقِهِ، ونَحنُ خاصَّتُهُ، ومَحَلُّ قُدسِهِ، ونَحنُ حُجَّتُهُ... Davamı..