Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Yanvar 14:59
Şərh Yoxdur
5883

Cadunu, göz dəyməyi aradan aparmağın yolları

Bunu qeyd etmək lazımdır ki, insanın bu dünyadakı bütün çətinliklərini və ya hacətlərinin yerinə yetməməsini sehr və cadunun üzərinə atmaq olmaz. Çünki bu iş bəhanə olaraq, aqibətin xeyirli olmasına mane olan amillərdəndir. Çünki insan o zaman müvəffəqiyyət qazanar ki, səy edər və imanlı olar. (Həvzəh/Deyerler)

Sehr və cadunu aradan qaldırmağın bir çox yolları vardır ki, onlardan bəzisinə işarə edək:

1. Muhəmməd ibni İsa nəql edir ki, İmam Rzadan (ə) sehr barəsində soruşdum, Həzrət (ə) buyurdu: “Sehr həqiqətdir və Allahın izni ilə təsir edər. Nə zaman səni sehrləsələr, əllərini üzünün qarşısında qaldır və bu duanı oxu:

“بِسْمِ اللَّهِ الْعَظِیمِ بِسْمِ اللَّهِ الْعَظِیمِ
رَبِّ الْعَرْشِ‏ الْعَظِیمِ‏ إِلَّا ذَهَبَتْ‏ وَ انْقَرَضَت‏؛

 

Hədisi nəql edən İmama (ə) sual verir ki, bəs göz dəymək həqiqətdirmi?

İmam (ə) buyurur: “Bəli, əgər sənə göz dəysə, əllərinin içini gözünün qarşısında qərar ver və “Həmd” (“Fatihə”), “Tövhid” (“İxlas”), “Nas, “Fələq” surələrini oxu və hər iki əlini üzünə çək. Allah səni ziyandan qoruyacaqdır”.

2. O kəs ki, sehr olunmuşdur, gərək yanında bu ayələri gözdirsin.

  • “Yunus” 81
  • “Əraf” 117-119

3. Bu ayə sehr olunmuş insana 7 dəfə oxunmalıdır:

  • “Qəsəs” 35

4. Sehrdən Allaha pənah aparmaq və yardım istəmək lazımdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..