Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 İyul 08:28
Şərh Yoxdur
1011

Bugün Qurban bayramıdır – Bayram gününün əməlləri

Zilhiccənin 10-cu günü yəni bugün Müqəddəs Qurban bayramıdır.

Qurban bayramı gününün əməlləri

1. Qüsl almaq.

2. Qurban bayramının namazını qılmaq.

3. “Səhifeyi-Səccadiyə” dua kitabının 48-ci duasını (Qurban bayramı və cümə gününün duası)  oxumaq.

4. “Nüdbə” duasını oxumaq.

5. İmam Hüseynin (ə) Qurban bayramına məxsus ziyarətnaməsini oxumaq.

6. Qurban kəsmək.

7. Qurban bayramı gününün zöhr namazından etibarən zilhiccə ayının 12-ci gününün sübh namazına kimi 10 namazın sonunda aşağıdakı təkbiri söyləmək böyük savaba malikdir:«Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, vallahu əkbər, Allahu əkbər və lilləhil-həmd. Allahu əkbəru əla mə hədənə. Allahu əkbəru əla mə razəqnə min bəhimətil-ən’am. Vəlhəmdu lilləhi mə əblənə». Tərcüməsi: «Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır, Allahdan başqa məbud yoxdur və Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır və həmd Allaha məxsusdur. Bizə verdiklərinə görə, ev heyvanlarından bizə ruzi yetirən Allah hər şeydən ucadır. Bizi sınağa çəkdiyinə görə Allaha həmd olsun».

İslam təqviminin ən əlamətdar tarixlərindən olan müqəddəs Qurban bayramını – mənəvi həcc səfərinin şah zirvəsini sinvolizə edən günü təntənəli surətdə qeyd etmək çox gözəldir.

Bayram namazının qılınma qaydası

Bayram namazı (Fitr və Qurban namazları) İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühuru zamanı vacib olacaq. Hazırda İmam (ə.f.) qeybdə olduğu üçün bu namazın qılınması vacib deyil, müstəhəbdir.

Bayram namazı həm fərdi qaydada, həm camaatla (rəcaən niyyətilə) qılına bilər. Bayram namazının vaxtı – Gün çıxan vaxtdan zöhrə qədərdir.

Bayram namazı (Fitr və Qurban namazları) 2 rükətdir. Birinci rükətdə “Fatihə” surəsindən və digər surədən sonra 5 təkbir deyilir, hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra təkbir deyilir (bu, artıq 6-cı təkbir olur), sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə Fatihə” surəsindən və digər surədən sonra 4 təkbir deyilir, hər təkbirdən sonra qunut tutulur. Dördüncü qunutdan sonra təkbir deyilir (bu, artıq 5-ci təkbir olur), sonra rüku və səcdələr yerinə yetirilir,  təşəhhüd və salamlar deyilir.

Bayram namazının qunutunda hər hansı dua oxuna bilər. Amma müstəhəbdir ki, bu dua oxunsun:

Bayram namazının qunutunda oxunan müstəhəb dua

Əllahummə əhləl-kibriyəi vəl ‘əzaməti

və əhləl-cudi vəl-cəbəruti,

və əhləl-‘əfvi vər-rahməti,

və əhlət-təqva vəl-məğfirati,

əs-əlukə bihəqqi həzəl-yəvmi,

əl-ləzi cə’əltəhu lil-musliminə ‘idə,

vəli Muhəmmədin salləllahu ‘əleyhi və əlihi

zuxrən və şərafən və kəramətən və məzidə,

ən tusalliyə ‘ələ Muhəmmədin və əli Muhəmməd,

və ən tudxiləni fi kulli xeyrin ədxaltə fihi

Muhəmmədən və ələ Muhəmməd,

və ən tuxricəni min kulli su-in əxractə minhu

Muhəmmədən və ələ Muhəmmədin

saləvətukə ‘ələyhi və ‘ələyhim.

Əllahummə inni əs-əlukə xeyra

mə səələkə bihi ‘ibədukəs-salihunə

və əuzu bikə mimməs-təazə minhu

‘ibədukəl-muxləsun.

.

Qurban Bayramınız mübarək olsun.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..