Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 İyun 11:11
Şərh Yoxdur
3267

Bu gün Həzrət Xədiceyi-Kübranın (ə) vəfat günüdür

Mübarək Ramazan ayının 10-u İslam tarixinin əzəmətli qadınlarından biri, Həzrət Rəsuli-əkrəmin (s) həyat yoldaşı və “möminlər anası” (ummul-muminin) Həzrət Xədiceyi-Kübranın (ə) vəfat günüdür.

Həzrət Xədicə (ə) hicrətdən 68-il əvvəl Məkkə şəhərində dünyaya göz açıb. Atasının adı Xuvəylid ibn Əsəd, anasının adı isə Fatimə binti Zaidət ibn Asim idi. O İslamı qəbul edən ilk qadın kimi tarixə düşüb.

Həzrət Əli (ə) “Qasiə” xütbəsində onun fədakarlığını xatırladaraq buyurur: “İslamın əvvəlindəki çətin anlarda İslam dini Rəsulullahın (s) – Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı. Mən də onların üçüncüsü idim”. (“Nəhcül-bəlağə”, 192-ci xütbə.)

Müasir tədqiqatçıların nəzərinə görə, Həzrət Xədicə (ə) Həzrət Məhəmməd (s) peyğəmbərlə (s) ilə evlənməzdən əvvəl heç vaxt evli olmayıb.

Həzrət Xədicə (ə) 40 yaşında ikən Həzrət Məhəmmədlə (s) (o zaman peyğəmbər ömrünün 25 yaşında idi) ailə həyatı qurub. Bu ailədən onun Qasim, Abdullah, Rüqəyyə, Zeynəb, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (s) adlı altı övladı olub. İki oğlu – Qasim və Abdullah uşaq yaşlarında ikən dünyalarını dəyişiblər.

Həzrət Xədicə (ə) çox iffətli və ismətli olduğu üçün hələ cahiliyyət zamanında ona “Tahirə” (ismətli xanım) ləqəbini vermişdilər.

 

Həzrət Xədicə (ə) vəfat edən zaman azyaşlı Fatimeyi-Zəhra (ə) atası Həzrət Peyğəmbərin (s) ətrafında dolanır və soruşurdu: “Ya Rəsuləllah! Mənim anam haradadır?”. Peyğəmbər (s) cavab verib buyururdu: “Cəbrail nazil olub dedi ki, Allah-taala sənə belə əmr edir: Fatiməyə salam çatdır və ona de ki, sənin anan elə bir evdədir ki, onun tavanı qızıldan, sütunları qırmızı yaqutdandır, özü də Asiyə ilə Məryəmin yanındadır”.

Bu alicənab xanımın Məkkə şəhərində, “Əbu Talib” qəbiristanlığında yerləşən qəbri Allah və Rəsulunu sevənlərin ziyarətgahıdır. Təəssüflər olsun ki, keçən əsrin əvvələrində peyğəmbər ailəsinin üzvləri və bir çox səhabələrin dəfn olunduğu “Cənnətül-müəlla” kimi tanınan bu qəbiristanlıqdakı məzar daşları və türbələr vəhhabi şeyxlərinin göstərişi ilə təmamilə dağıdılaraq tanınmaz hala salınmışdır və yalnız yaddaşlardakı işarələrlə Peyğəmbərin həyat yoldaşı Həzrət Xədicənin (ə), əmisi Həzrət Əbu-Talibin (ə) və digərlərinin dəfn olunduqları yerlər məlumdur.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..