Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 May 10:47
Şərh Yoxdur
858

Borc almaq və onun zərərləri

İslam Peyğəmbəri (s) buyurmuşdur:

إِيَّاكُمْ وَ الْدَّيْنِ فَإنَّهُ هُمٌّ بِاللَّيْلِ وَ ذُلٌّ بِالنَّهارِ

“İmkan daxilində borc almaqdan çəkinin, çünki bu əməl gecə qəm və qüssə, gündüz isə zillətə səbəb olar.”[1]

Qısa izah

Hazırkı əsrdə maddi yaşayışın cah-cəlal və bər-bəzəyi bir qrup insanın davam gətirilməsi həddən artıq çətin olan borc və kredit yükü altına girməsi və bu baxımdan, həyatlarını cəhənnəm əzabına çevirməsinə səbəb olmuşdur. Borclu insan azad hesab edilmədiyi üçün, dini rəhbərlər həmin səbəbdən, zərurət olmadığı təqdirdə borc almağı məsləhət bilməmişlər. Əgər borclu olmaq məsələsi ölkə miqyasında meydana çıxarsa, bu zaman onun millət və xalqların mənəvi azadlıq və müstəqilliyinə vurduğu zərər həddən artıq ağır olacaqdır.

Əsrimizdə dünyaya hökmranlıq edən hegemon dövlətlər zəif ölkələrə qarşı hiylə və siyasət işlədərək onları əvvəlcə özlərinə borclu edir və daha sonra isə istədikləri səmtə sürükləyə bilirlər.

[1] “Biharul-ənvar”, c. 100, səh. 141.

Digər “Hədislər ” Xəbərləri

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının... Davamı..

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ... Davamı..

“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

1.“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu: الرَّسولُ... Davamı..

Bəzilərinə bəxş edilən xas nemət

1. Bəzilərinə bəxş edilən xas nemət İmam Cavad (ə): إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا... Davamı..

Qohumlara yaxşılığın təsirləri

1. Qohumlara yaxşılığın təsirləri İmam Rza (ə) buyurmuşdur: صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ “Qohumlara yaxşılıq ölümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”,... Davamı..

“İstiğfarla özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”

“İmam Kazimdən (ə) soruşurlar: – Mələklər insanın niyyətini necə başa düşür, qəlbindən keçənləri necə qeydə alırlar? İmam (ə) soruşur: – Zibilliyin qoxusu... Davamı..