Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 İyul 09:25
Şərh Yoxdur
886

Bizlər peyğəmbər və məsumların yolu ilə gedib haqqa yaxınlaşmalıyıq

Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi buyurur: Elmi Allahdan öyrənmiş, insanları doğru yola hidayət edə biləcək peyğəmbərlərə itaət etmək yaxşıdır, yoxsa danışıq və rəftarı ziddiyyətlə dolu azğınlara? İnsan kimi dinləməlidir? Aşkar möcüzə və ayələrlə gəlmiş peyğəmbərləri, yoxsa azğın nəfs istəyi əsasında danışanları? Tarix boyu bəşəriyyət 124 min peyğəmbərlə ünsiyyətdə olmuşdur. Onlar eyni yola çağırmış, eyni sözü demişlər. Bu ilahi elçilərə inanaq, yoxsa sözünün əvvəli ilə axırı düz gəlməyənlərə? İslam düşmənlərinin danışığına diqqət yetirsək, onların iki cümləsinin bir-birinə uyğun gəlmədiyini görərik. Ondan soruşanda ki, dünən dediyin nə idi, bu gün dediyin nə? Cavab verir ki, dünən dediyim dünənə aid idi, bu gün dediyim bu günə! Guya hər şey dəyişir və insan gündə bir söz danışmalıdır! Bir yazıçıdan soruşurlar ki, bu gün danışdıqların doqquz il bundan qabaq danışdığınla uyğun gəlmir, bunun səbəbi nədir? Cavab verir ki, mən doqquz il bundan qabaq ölmüşdüm, indi dirilmişəm! Belələri üçün əqidə dəyişikliyi su içmək kimi asandır. Peyğəmbərlərin və onların ardıcıllarının məntiqi budur ki, yolumuz Allah yoludur, dediklərimiz ağıl və fitrətə uyğundur. İnsanları öz ardlarınca çağıran biganələr isə yeni söz danışmaqla öyünür və xalqın rəğbətini dəlil göstərirlər! Məgər əksəriyyətin rəğbəti haqlılıq göstəricisidir?! Belə bir məntiq Allahın məntiqi ilə uyğun deyil. Allah peyğəmbərə buyurur: “Əgər yer əhlinə tabe olsan, onlar səni Allahın yolundan azdıracaq. Onlar yalnız zənn-gümana uyur, boş və əsassız danışırlar.” 1 Yuxarıdakı ayədə peyğəmbərə xitab olunsa da, Allah bütün bəşəriyyətə müraciət edir. Burada “qızıma deyirəm, gəlinim eşitsin” məsəli yada düşür.

Allah bizi əksəriyyətə itaətdən çəkindirir. Çünki xalqın əksəriyyəti əsaslı bilikdən məhrumdur. Onlar haqqı batildən seçmək gücündə deyillər və elmi dəlilləri yoxdur. Əksəriyyət zənn-güman əsasında danışır, nəfs meyillərinə əsaslanır. Haqq yolu tapmaq istəyən haqq yolda olana müraciət etməli, dəlillərə malik olmalıdır. Havadan danışanların ardınca gedənlər, sözsüz ki, yolunu azasıdır. Din düşmənləri gözəl və aldadıcı danışmaqla əksəriyyətin ağlını oğurlayır, dini etiqadlara münasibətdə şəkk-şübhə yaradırlar. Bu işin uzun tarixi var. Tarix boyu din düşmənləri olmuş və eyni üsulla hərəkət etmişlər. Yenilik deyəndə elmi araşdırmlar sayəsində kəşf olunmuş həqiqət nəzərdə tutulur. Bu qəbil yeniliklərin elmi əsasları olur. Amma cəhaləti dirçəltmək, min illər təkrarlanmış sözləri təzə libasda meydana çıxarmaq yenilik deyil. Onlar deyirlər ki, təcrübədə sübuta yetirilməyən bir şey qəbul olunmur. Məgər bu təzə sözdürmü?! Bu sözü bir vaxt Bəni-İsrail söyləmişdi. Onlar həzrət Musaya dedilər: “Ey Musa, əgər Allahı aşkara görməsək heç vaxt ona iman gətirmərik.”2 Bir sözün təzə olması da onun həqiqət olduğunu göstərmir. Dünyada bir çox yeni nəzəriyyələr əsassız olub və ayaq açan kimi də meydanı tərk edib. Əqli və elmi dəlillərə malik olan, ehtiyaclara cavab verən nəzəriyyə həqiqi nəzəriyyədir. İstənilən bir nəzəriyyənin ya dəlilləri olmalıdır, ya da bu nəzəriyyə Allah tərəfindən təsdiqlənməlidir. Allahın təsdiqlədiyi istənilən bir baxış mötəbərdir. Bəli, insanın qarşısında iki yol var: Allah yolu və şeytan yolu. Allah bizə əmr edir ki, onun yolunu tutaq. Bizlər peyğəmbər və məsumların yolu ilə gedib haqqa yaxınlaşmalıyıq. Belə etsək fitri istəklərimiz və xoşbəxtliyimiz təmin olunar. Allah-taala eyni zamanda şeytana itaətdən çəkindirir. Çünki şeytanın yolu batildir və cəhənnəmə aparır.

 

www.ahliman.info

1. Ənam-116

2. Bəqərə-55

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..