Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Mart 16:56
Şərh Yoxdur
4004

Bərzəx aləmində olan ruhlarla rabitə qurmaq olarmı?

Bərzəx dedikdə ölümdən sonrakı dünya nəzərdə tutulur. Ancaq nəzərə alsaq ki, yuxu – ölümün qardaşıdır, insan yatan zaman da bərzəx aləminə səfər edər. Orada gördükləri bərzəx aləmində olanlardır, eşitdikləri də bərzəx aləminin səsləridir.

Bəzi insanlar bərzəx aləmini dərk etməyə qadirdirlər. Çünki onların bərzəx aləmini görən gözləri və eşidən qulaqları vardır. Bu insanlar bərzəx aləmi ilə rabitə qura bilirlər. Lakin bu insanların sayı çox azdır. İnsanların əksər hissəsi bu qabiliyyətə malik deyildirlər.

Lakin insan yatan zaman həqiqətən də bərzəx aləminə daxil olar. Bütün insanlar yuxu gördüyünə görə deyə bilərik ki, hər bir insanın bərzəx aləmi ilə rabitəsi vardır. Əgər məqsəd öləndən sonrakı bərzəxdirsə, onda deyə bilərik ki, bu insanların sayı məhduddur.

 

Məsumlarımızın (ə) belə bir istedadları var idi və onlar nə zaman istəsələr, bərzəx aləminə daxil olub ölülərlə söhbət edə bilərlər. Bədr döyüşündə ölən kafirlərin cəsədini bir çalaya yığmışdılar və Həzrət Peyğəmbər (s) onların ruhları ilə söhbət etmişdi. Hər birini öz adı ilə çağırmış və sonra onlardan soruşmuşdu ki, Allahın vədəsinin həyata keçdiyini görürsünüzmü? Səhabələrdən bəzisi bu işə təəccüblənib demişdilər ki, siz ölülərlə söhbət edirsiniz? Peyğəmbər (s) buyurmuşdu: “Siz onlardan daha çox eşidən deyilsiniz. Onlar başa düşdülər ki, mən nə deyirəm. Əgər Allah onlara icazə versəydi, bizim cavablarımızı da verərdilər”. (Tebyan/Deyerler)

Əgər tarixə nəzər salsaq görərik ki, peyğəmbərlərin (ə) bir çoxu ölülərlə təmas qurmuşdular. Hətta peyğəmbər olmayan Salman Farsi belə, ölü ilə söhbət etmişdi.

Bəzi insanlar Allahın lütfü ilə bərzəx aləminə daxil olub, orada baş verənləri görə bilirlər. Allah Təala bəzi bəndələrinin bərzəx gözünü və qulağını açır ki, həqiqətləri dərk edə bilsin.

Beləliklə deyə bilərik ki, bu dünyada olan bir insanın bərzəx aləmində olan ruhlarla rabitə qurması mümkünsüzdür. Lakin çox az insan vardır ki, bu istedada malikdirlər və Allah onlara bərzəx gözü və qulağı vermişdir. Bu məqama çatmaq hər kəsə qismət olmur. Bunun üçün nəfsi tərbiyə edib, suluk əhli olmaq lazımdır. İnsan ruhunu elə tərbiyə edər ki, istədiyi zaman bərzəx aləminə daxil olar və orada baş verənləri dünyada olduğu kimi müşahidə edər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..

Nə üçün Allah insan həyatı üçün təhlükəli şeylər yaradıb?

Qur`an buyurur ki, Allah hər şeyi gözəl yaradıb.[1] İlanın bədənindəki zəhər bir çox ağır xəstəliklərin dərmanıdır. Hansı ki, yanlış olaraq, bu zəhərə... Davamı..

HƏZRƏT ÜMMÜL BƏNIN

Əli ibn Əbu Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki, həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya... Davamı..

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub: Üç şey... Davamı..