Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 İyun 11:05
Şərh Yoxdur
1027

Azad insanların ibadəti

İmam Sadiq (ə) buyurmuşdur:

العِبَادُ ثَلَاثَةٌ؛ قَوْمٌ عَبَدُوا اللهَ عَزَّ وَ جَلَّ فَتِلْكَ عِبَادَةُ الْعَبِيدِ وَ قَوْمٌ عَبَدُوا اللهَ تَبَارَكَ وَ تَعَاليٰ طَلَبَ الثَّوَابِ فَتِلْكَ عِبَادَةُ الْأُجَرَاءِ وَ قَوْمٌ عَبَدُواللهَ عَزَّ وَ جَلَّ حُبًّا لَهُ فَتِلْكَ عِبَادَةُ الْأَحْرَارِ وَ هِيَ أَفْضَلُ الْعِبَادَةِ

“Allaha ibadət edənlər üç qrupa bölünür: 1. Allaha cəhənnəm qorusundan ibadət edənlər – bu, qulların ibadətidir. 2. Allaha savab üçün ibadət edənlər – belə ibadət muzd alanların ibadətidir. 3. Allaha ona məhəbbət bəslədikləri üçün ibadət edənlər. Bu ibadət ən üstün və azad insanların ibadətidir.”[1]

Qısa izah

Bütün ilahi mükafat və cəzalar vədəsinin haqq və Allahın mükafatının dəyərli, qeyri-adi və cəzasının da şiddətli olmasına baxmayaraq, ona məhəbbət bəsləyən, qəlbləri yalnız Allah sevgisi ilə döyünən insanlar bunlardan daha üstün olan bir məqama göz dikmiş və yalnız Allahın əmrinə itaət etmək və onun razılığını qazanmağı nəzərdə tutmuşlar. Bu, Allahı tanımaq mərifəti ilə qarışan ilahi sevgidir.

[1] “Vəsailuş-şiə”, c. 1, səh. 45.

Digər “Hədislər ” Xəbərləri

Qızıl tövsiyələr

  Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: مَنْ تَوَاضَعَ لِلَّهِ رَفَعَهُ اللَّهُ وَ مَنْ تَكَبَّرَ خَفَضَهُ اللَّهُ وَ مَنِ اقْتَصَدَ فِي مَعِيشَتِهِ رَزَقَهُ اللَّهُ وَ... Davamı..

Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir

Peyğəmbəri-Əkrəm (s) imam Əmirəlmöminin Əliyə (ə) vəsiyyətində buyurmuşdur: يا عَلِىُّ، ثَلاثٌ مِنْ مَكارِمِ الْأَخْلاقِ: تُعْطِى مَنْ حَرَمَكَ، وَ تَصِلُ مَنْ قَطَعَكَ، وَ... Davamı..

“Ey Əli, sizin içinizdə əxlaqı mənim əxlaqıma daha çox oxşayan insan haqqında xəbər verimmi?”

Peyğəmbəri-Əkrəm (s) öz vəsisi, elm şəhərinin qapısı olan imam Əmirəlmöminin Əliyə (ə) belə buyurmuşdur: يا عَلِىُّ، أَلا اُخْبِرُكُمْ بِأَشْبَهِكُمْ بِى خُلُقاً؟ “Ey... Davamı..

Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm

İmam Sadiq (ə) buyurmuşdur: “Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm: 1. Qorxu içində yaşayan, amma “حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ – Həsbunəllah və ne`məl-vəkil”... Davamı..

İmam Rza (ə) Əbdüləzim Həsəninin nəsihəti

İmam Rza (ə) Əbdüləzim Həsəniyə buyurdu: “Ey Əbdüləzim! Mənim dostlarıma məndən salam çatdır və onlara de ki, şeytana özlərinə qarşı yol verməsinlər.... Davamı..

Çağdaş dünyamızın bütü

Çağdaş dünyamızın bütü Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: يَأْتى عَلَى النَّاسِ زَمانٌ بُطُونُهُمْ آلِهَتُهُمْ، وَ نِساؤُهُمْ قِبْلَتُهُمْ، وَ دَنا نيرُهُمْ دينُهُمْ، وَ شَرَفُهُمْ مَتاعُهُمْ،... Davamı..