Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Oktyabr 10:50
Şərh Yoxdur
5646

Azad insan olmaq üçün lazım olan xüsusiyyətlər

Elm, ticarət, siyasət – hər bir sahə əgər azad olmazsa, əsirlik deməkdir. Nətcədə bəzi təbəqələrin təkəbbürə düçar olmasına gətirib çıxardar. Onlar özlərini uğur tapmışlardan sayarlar və başqalarını uğursuz hesab edərlər.

O zamana qədər ki, insan azadlıq məqamına çatmaz, baxış bucağı açıq olmaz. Baxmayaraq ki, çox sayda fəzilət əldə etmişdir, ancaq qul olmaq ruhiyyəsi fitrətinə işləmişdir.

İmam Əli (ə) buyurur: “Azad insan – azaddır, baxmayaraq ki, ona çətinlik və ziyan dəysə belə. Qul insan – quldur, baxmayaraq ki, təqdir ona yardım etsə belə”.

Bu dünyada azad olmağın şərtləri vardır. İmam Əli (ə) bu haqda buyurur: “Hər kim Allah bəndəliyinin şərtlərini yerinə yetirər – azad olmağa layiqli olar. Hər kim əməldə azadlıq şərtlərinə qarşı səhlənkarlıq edər, (bir başqasının) qulu olmağa düçar olar”.

İmam Sadiqin (ə) nəzərinə görə, o insan azaddır ki, onda bu dörd əxlaqi sifət meydana gəlsin. İmam (ə) buyurur: “Beş sifət vardır ki, əgər insanda onlardan biri olmazsa, onda çoxlu xeyir və bəhrə olmaz.

1. Vəfadarlıq.

2. Tədbir.

3. Həya.

4. Xoş əxlaq.

5. Azadlıq”.

Əgər insan bu dörd sifəti özündə icad edə bilsə, azadlığın həqiqi mənasını dərk edə biləcəkdir.

Əmirəl-möminin (ə) buyurur ki, azadlığın təqva ilə birbaşa əlaqəsi vardır. Azad insan pisliklərdən, çirkinliklərdən çəkinər və əxlaqa zidd rəftarlardan uzaq olar.

İmam (ə) buyurur: “İlahi təqva – paklıq, doğruluq açarı, məad üçün yığılmış ehtiyat, hər bir qul olmaqdan azad olmağa səbəb olan və hər bir məhv olmaqdan nicatdır. Təqvanın vasitəsilədir ki, onu axtaran məqsədinə çatır, (İlahi əzabdan) xilas olur və istəklərinə çatmış olur”.

Müsəlman insan izzət ardıncadır və çalışar ki, hər bir dindən olan başqa insanlarla siyasi və ictimai rabitə qura bilsin. Ancaq bir şərtlə ki, heç kəsin qulu olmasın və azadlığına ziyan dəyməsin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..