Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Noyabr 11:35
Şərh Yoxdur
1948

Ayətullah Xamenei İmam Əlinin (ə) fədakarlığının fəlsəfəsi barədə

Ali Rəhbər buyurur: “Əmirəl-möminin (ə) 13 il Peyğəmbərin (s) ən ağır zamanlarında yanında olmuşdur. Bu on üç il əziyyət o zaman sona çatdı ki, Həzrət (s) hicrət etmək qərarına gəldi.

 

Hamı yaxşı bilirdi ki, hicrət etmək çox önəmli bir hadisədir. Qələbənin başlanğıcı idi. 13 il əziyyətdən sonra rahatlığa doğru hərəkət edirdi.

Belə bir zamanda hamı istəyər ki, özünü tez bir zamanda Mədinəyə çatdırsın ki, ona yaxşı səlahiyyət versinlər.

 

Ancaq belə bir şəraitdə Əmirəl-möminin (ə) Həzrətin (s) yatağında yatmağa razı olur. Ancaq bu yolla Həzrət (s), evindən sağlam şəkildə çıxa biləcəkdi.

 

Həmin gecə İmam Əlinin (ə) öldürüləcəyi mövzusu qəti idi. Belə deyildi ki, mənim və sənin bildiyi kimi olsun, yəni biz tarixdən bilirik ki, Həzrət (ə) orada sağ qalacaqdır. Məsələ belə idi ki, zülmətli bir gecədə bir şəxsin qətl edilməsi qəti idi.

 

Kim belə bir fədakarlığa razı olardı? Əlbəttə ki, Əmirəl-möminin. Bu hadisənin baş verdiyi zaman da onun əhəmiyyətini daha da artırır. O zaman idi ki, artıq əziyyətlər sona çatacaq və izzət sahibi olacaqlar. Mədinə xalqı iman gətirəcək və Peyğəmbəri (s) gözləməkdədirlər.

 

Biz hamımız bunları bilirik. Ancaq Əmirəl-möminin (ə) bilmir və fədakarlıq edirdi. O, heç bir şəxsi mənfəət güdmədən Peyğəmbərin (s) yatağında yatmağa razı olur”. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..