Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Aprel 14:40
Şərh Yoxdur
1107

Ayətullah Yəzdi: “Gənclər şöhrət ardınca gəzərkən ağıl və düşüncəyə müraciət etmir”

Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi buyurur: Bəziləri şan-şöhrətə çatmaq, ictimai məqam əldə etmək üçün təqlid edir. Bəzilərinin sabit şəxsiyyəti yoxdur, cəmiyyətdə etibar qazanmamışlar. Onlar hər vəchlə xalqın diqqətini cəlb etməyə çalışırlar. Amma bu işdə düzgün yolu tanımırlar. Onlar hər vəchlə özlərini məşhurlara oxşatmağa cəhd göstərir, onlar kimi geyinir, onlar kimi davranırlar. Bir çox gənclər şöhrət ardınca gəzərkən ağıl və düşüncəyə müraciət etmir, yalnız özünü şöhrətli insanlara oxşatmağa çalışır. Onların iş-gücü zahirən bəzənmək, məşhurlara oxşamaqdır. Onlar hətta yerişlərini də məşhurların yerişinə bənzətməyə çalışırlar. Şübhəsiz ki, sağlam düşüncədən qaynaqlanmayan bu qəbil təqlidlər məntiqi əsasa malik deyil. Belələri ya hövsələsizlik göstərib lazımınca düşünmür, ya da təfəkkürləri lazımi həddə inkişaf etməmişdir. Onlar yalnız tanınmaq üçün tanınmışların yolunu izləyirlər.

Bir şəxs cəmiyyətdə məşhurdur deyə hər işdə ona təqlid etmək düzgün deyil. Heç bir əsassız, sadəcə məşhurluğa xatir təqlid düşüncəsizlikdən qaynaqlanır və bəyənilmir. Əlbəttə ki, əgər bu qəbil təqliddə dinə ziddiyyət yoxdursa və harama yol verilmirsə, keçinmək olar. Amma şəriət baxımından haram, düşüncənin məhkum etdiyi məsələlərdə kimlərəsə kor-koranə təqlid etmək fərdi və ictimai həyat üçün təhlükəlidir, cəmiyyətdə fitnə-fəsadı genişləndirir, ən azı, şəxsiyyətin müstəqilliyini puça çıxarır. Bu gün gənclərin bəzi qıcıqlandırıcı libaslar geyməsi milli və dini varlığımıza zərbə vurur. Bu meyllər mədəni və ictimai müstəqilliyimizi əlimizdən alır. Qeyd etdiyimiz kimi, uyğun istiqamətdə təqlid öz milli mənliyini dəyərləndirməyənlərin işidir. Qeyd etdik ki, Hindistanda hələ də çoxları bütə sitayiş edir. Amma onlar neçə yüz il qərbin müstəmləkəsi olsalar da, öz milli mənliklərini qorumuş, adətlərini əldən verməmişlər. Hələ də hindlilər və pakistanlılar milli libasda gəzir, beynəlxalq konfranslara həmin libaslarda gəlirlər. Onlar hər vəchlə öz mədəni və tarixi mənliklərini qoruyurlar. Bəziləri isə bir anda öz rəngini dəyişir, heç nəyə istinad etmədən milli adətlərinə arxa çevirir, biganələrin ardınca düşür. İstənilən bir cəmiyyətin düşüncə azadlığı elə bir həddə olmalıdır ki, zərərsiz milli ənənələrindən əl çəkməsinlər. Bəli, milli mənliyini dəyərləndirənlər zərərli və alçaldıcı işlərdə özlərini başqalarına bənzətmirlər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..

Nə üçün Allah insan həyatı üçün təhlükəli şeylər yaradıb?

Qur`an buyurur ki, Allah hər şeyi gözəl yaradıb.[1] İlanın bədənindəki zəhər bir çox ağır xəstəliklərin dərmanıdır. Hansı ki, yanlış olaraq, bu zəhərə... Davamı..

HƏZRƏT ÜMMÜL BƏNIN

Əli ibn Əbu Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki, həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya... Davamı..

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub: Üç şey... Davamı..