Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Mart 09:18
Şərh Yoxdur
5998

Ayətullah Misbah Yəzdi: “Problemlərin həlli üçün onun-bunun qabağında boyun bükmək gərək deyil. Axı sadəcə İmam Zaman ağanin (ə.f.) bircə nəzəri kifayətdir…”

Ayətullah Misbah Yəzdi bəzi məddəhların Əhli-beyt (ə) haqqında yazdıqları şeirləri tənqid etdimişdir və bu cür şeirlərin ali məzmunlara malik olmamasını vurğulamişdır. Çünki Əhli-beyt (ə) məhəbbəti heç bir şeylə müqayisə edilə bilməz. O, əzadarlar qarşısında çıxış edərək, buyurmuşdur: “Allaha şükür edirəm ki, Əhli-beyt (ə) məhəbbətini və mərifətini bizim vücudumuzda qərar vermişdir. Bu mövzu bir gövhərdir və onu heç bir şeylə müqayisə etmək olmaz. Bu gövhərə dəyər verib, onun qarşısındakı vəzifəmizə düzgün əməl edək. Bu haqda yüzlərlə hədis yazılmışdır ki, heç bir mövzu haqqında bu qədər hədisimiz yoxdur. Bundan başqa Quranda bu haqda ayə də vardır. Bunu heç bir aqil insan inkar edə bilməz ki, Peyğəmbərin (s) Əhli-beyti (ə) ən gözəl yol göstərən olublar. Onlar cəmiyyətin dərdini yaxşı dərk edirdilər. Onun dərmanını da təqdim edirdilər.
Bütün Əhli-beyt (ə) bu cür olmuşdur. Bəs biz Əhli-beyitn (ə) qədrini bilirikmi? Əhli-beyt (ə) davamçıları arasında elələri vardır ki, başları dünyaya qarışmışdır. O kəslərin isə ki, ət və qanları Əhli-beyt (ə) bərəkəti ilə əmələ gəlmişdir, Əhli-beytin (ə) adını uca tuturlar. Ancaq onu etiraf etməliyəm ki, bizim Əhli-beyt (ə) haqqındakı biliyimiz bir həkimin biliyi qədər deyildir. Belə ki, Əhli-beytin (ə) göstərişləri dünya və axirət dərdlərinə şəfa verər.
Çox təəsüf ki, biz bu sifarişlərə lazımlı qiymət vermirik. Bir çoxlarımız əxlaqi və həyatı problemlərinə mübtəla olmuşuq. Günü-gündən onun səviyyəsi artmaqdadır. Həmçinin iqtisadi, ictimai, siyasi problemlərin əlacı bu şəfa evində mövcuddur. Ancaq çox təəsüf ki, biz o qədər çalışmırıq ki, onları oxuyaq və tapıb, təcrübədən keçirək.
Əhli-beytin (ə) məzlumiyyəti və bizim bu böyük insanlara qarşı diqqətsizliyimiz və qafil olmağımıza görə çəkdiyimiz cəfa nəticəsində cəmiyyətimizdə bir qrup yaranmışdır ki, dünya həyatlarını mərsiyə deməyə, məddahlıq etməyə sərf edirlər. İndi bu məddahlar haqqında belə bir sual yaranır ki, şeir və incəsənət baxımından bundan da yaxşısını etmək olarmı? Bundan yaxşı məzmunlardan istifadə etmək olarmı?
Bunların bəzilərini televiziya kanllarından eşidirəm, öz yanımda xəcalət çəkirəm ki, dünya bu məddahların şeirini eşidir. Ancaq başqa işlərdə yeni şeirlərdən və ali məzmunlardan istifadə edilir. Bəzi şeirlər ki, Əhli-beyt (ə) müsibətlərində, mövludlarında oxunur, nə bir mənası var, nə də ki, vəzni. Əgər kimsə məddahlığla peşəkar əsaslarla məşğul olursa, heç olmazsa vaxtının bir hissəsini bu işə sərf etməlidir. Yaxşı bir şeir tapıb, onu oxuyun. Ziyarətnamədə bəyan edilən o mövzular ancaq zahiri oxumaq üçün deyildir. Mərifət əldə etmək üçündür. Biz gərək bu mövzulara diqqət edək. Hər hansı ehtiyacımız olanda bu böyük insanlara təvəssül etməklə aradan qaldıra bilərik. Onlar Allah yanında o qədər əzizdirlər ki, bunu dərk edə bilmərik. Allah bizim heç bir şeyimizi əskik etməmişdir. Onlar da bəndəlik məqamından heç bir şeyi əskik etməyiblər. Bizim şəxsiyyətimiz İmam Zaman ağaya (ə.f.) nökərlik etməklə ölçülür. Ən azı onu yaddan çıxartmayaq. Səhər yuxudan duran zaman Allahdan kömək diləyək, bu, özü bir diqqətdir. Hətta bir salavat deyib, onu İmam Zaman ağaya (ə.f.) hədiyyə edib, onun qəbul edilməsini xahiş edə bilərik. Bir çox problemlər İmama (ə.f.) təvəssül etməklə həll olmuşdur.
Bunun üçün onun-bunun yanında boynumuzu bükməyə ehtiyac yoxdur. İmamın (ə.f.) bir nəzəri ilə bu problemlər həll olar. Bizlər kafirlərin vurduğu bir çox ziyanlara dözürük. Onların imanı yoxdur, axı bizim var, Məsumları (ə) vasitə qərar vərək və bu feyzdən bəhrələnək. Əgər istifadə etməsək, ziyanımız daha çox olacaqdır. Biz ki, bu əqidədəyik ki, nəyimiz var onlardandır, ona görə də bunun qədrini daha çox bilək.
Əhli-beyt (ə) ancaq təvəssül üçün gəlməmişdirlər. Bəziləri belə fikirləşə bilər ki, İmam Hüseyn (ə) ona görə gəlmişdir ki, biz mərsiyə oxuyaq və ağlayaq. Belə fikirləşmək təbii ki, düzgün deyildir. Ümid edirəm ki, Allah bizləri qəflətdən və şeytani vəsvəsələrdən nicat verər.”

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..

Xeyirli mal dörd şeydədir .

İsmail ibn Müslim Səkuni Cəfər ibn Mühəmməddən (ə), o da öz atababalarından İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Allah rəsulundan (s)... Davamı..

ƏLİ (ə) İLK MÖMİNDİR

  . قَالَ رَسُولُ اللهِ صَلَّىٰ اللهُ عَلَيْهِ وَآلِهِ: عَلِيٌّ أَوَّلُ الْمُؤْمِنِينَ. Həzrət Peyğəmbər (s) buyurdu: “Əli (ə) ilk mömindir.”[1] . قَالَ رَسُولُ اللهِ... Davamı..

Həqiqətən bu kişi sənin imamındır, yoxsa, dildə deyirsən?!

Ölümü xatırlamaq insana dünyanın həqiqətən də çox tez keçici olan dərdlərini unutdurur, qarşıda onu daha böyük bir problemin gözlədiyini xatırlayır, dünya sevgisini... Davamı..

İmam Səccadın (ə) Həccin Sirrləri Barədə Gözəl Nəsihəti

İmam Səccad (ə) “Şibli” adlı şəxsə Həccdən qayıtdıqdan sonra buyurur: Miqata getdinmi? Bəli. Paltarını dəyişdinmi? Yəni tikişli paltarı çıxarıb, ehram geydinmi? Bəli.... Davamı..

Dünya və axirət qəmindən xilas olun

Abdullah atası Həsən Müsənnadan, o da atası İmam Həsəndən (ə), o da atası İmam Əlidən (ə), o da Həzrət Peyğəmbərdən (ə) belə... Davamı..

Öz gələcəyin üçün bu cür tədarük gör

İmam Əli (ə) buyurmuşdur: مَا تُقَدِّمْ مِنْ خَيْرٍ يَبْقَ لَكَ ذُخْرُهُ وَ مَا تُؤَخِّرْهُ يَكُنْ لِغَيْرِكَ خَيْرُهُ “(Dünyada) öncədən göndərdiyin xeyirli əməllər... Davamı..