Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Fevral 13:37
Şərh Yoxdur
1600

Ayətullah Amuli: İbadətin hikməti mələkuta yol tapmaqdır

Ayətullah Cavadi Amuli buyurur:

Əmmar Yasir deyir: “Bizim Əməvi hakimiyyəti ilə müharibə etməkdə heç bir tərəddüdümüz yoxdur”.

O, Əmirəl-möminə deyirdi: “Ya Əli (ə)! Əgər bilsəm ki, Allah mənim bu qılıncı öz sinəmə sancıb kürəyimdən çıxacağına razıdır, öz əlimlə intihar edərəm”.

Həmçinin “Nəhcul-bəlağə” Həzrət Əli(ə) buyurur: “Allah mənə haqqı göstərəndən, heç vaxt onda şəkk etmədim”.[1]

“Allah tərəfindən bir şahidi olan”[2] kəs şəkk etməz. Əgər insan tərəddüd içindədirsə, bu ona görədir ki, mələkuta yol tapmayıb, sadəcə ibadətin zahiri surətinə malikdir, hikmətinə isə hələ çatmayıb.

İbadətin hikməti mələkuta yol tapmaqdır. Mələkutu müşahidə etmək isə yəqinlə olar. Aləmdə yəqindən daha dəyərli və böyük bir şey yoxdur. Allah bu yəqini hər kəsə deyil, yalnız xüsusi fərdlərə bəxş edir.

Əgər Həzrət İbrahim (ə) indiki zamanda olsaydı, o zamanın bütpərəstlərinə dediyi sözləri bizə deməzdimi? O, məgər demirdimi: “Tfu həm sizə, həm də Allahı yerinə ibadət etdiklərinizə!”[3]

Məgər biz öz meylimiz və istəyimizlə ibadət etmirikmi? Bizi tərif edəndə xoşumuz gəlmirmi? Bizi sağlam tənqid edəndə acığımız tutmurmu? Biz özümüzə nə qədər bağlıyıq? Həm də bu bağlılıq və istək yalançı deyilmi? Biz özünə pərəstiş edənlərdən deyilikmi? Həzrət İbrahim (ə) bu zamanda olsaydı, bizə “Tfu həm sizə, həm də Allahın yerinə ibadət etdiklərinizə!” deməzdi?

Əgər mələkut aləminə yol tapsaq, daxilimizi görərik. Biz özümüzün və başqalarının daxilini görsək, bir an da olsun Allahdan başqasına arxalanmarıq. O zaman İbrahimin (ə) şiələrindən olarıq:

 

“Əlbəttə insanların İbrahimə ən yaxını ona tabe olanlar və həmçinin, bu Peyğəmbər və iman gətirən kəslərdir”.[4]

O zaman insan “Məgər göylərin və yerin böyük mülkünə (mələkut aləminə) baxmayıblar?”[5] ayəsi əsasında Allahın dəvətinə ləbbeyk deyər və mələkut aləminə yol tutarlar.

 

www.ahliman.info

[1] «Nəhcül-Bəlağə» hikmət 184.

[2] «Hud» surəsi, ayə 17.

[3] «Ənbiya» surəsi, ayə 67.

[4] «Ali-İmran» surəsi, ayə 68.

[5] «Əraf» surəsi, ayə 185.

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..