Astronomiya elmi ulduzların qanunları ilə məşğul olan elmdir. Bu elm ulduzları, planetləri, kainatları, səma cisimlərini öyrənir. Astronomiya elmi hələ qədim zamanlardan insanların arasında nücum elmi kimi məşhur idi. İllər keçdikcə bu elm də inkişaf etməyə başladı və astoromiya ilə məşğul olan alimlər bu qənaətə gəlib çatdılar ki, göy cismləri Yerə təsir edə bilir. Bəziləri isə bu qənaətə gəldilər ki, guya hər bir insanın göydə bir ulduzu vardır və bu yolla yeni bir sahə meydana gəldi ki, ona əhkami-nücum adını qoydular.
İslam dini zühur edən zaman insanların arasında bu cahil fikirlər hələ də qalırdı ki, ulduzlar insanların taleyini həll edə bilir. Hətta o zaman ki, Əmirəl-möminin (ə) Nəhrivana döyüşmək üçün yollanır, bir nəfər qabağını kəsib deyir ki, ulduzlar bu döyüşə indi getməyini istəmir, çünki məğlub olacaqsan. Həzrət (ə) bu sözləri eşidəndən sonra buyurur: “Sən güman və iddia edirsən ki, hər kim müəyyən saatda seyr etsə, pislik ondan geri qayıdacaqdır? O saatdan qorxudursan ki, hər kim onda hərəkət edərsə, ziyan onu bürüyəcəkdir? Hər kim səni bu iddiada təsdiq edərsə, Quranı inkar etmiş olar. Öz məqsədinə çatmaq üçün Allahdan yardım istəməkdə özünü ehtiyacsız bilmiş olar. Sənin dediyin kimi hər kim bu cür iş görsə, Allahı deyil, səni öz vəlisi hesab edər. Öz iddiana görə, bu, sənsən ki, onu müəyyən saata hidayət edirsən ki, mənfəətə nail olsun və ziyandan amanda olsun”.
O zaman Həzrət (ə) üzünü insanlara çevirib buyurdu: “Ey insanlar! Nücum elmini öyrənməkdən əl çəkin, məgər o qədərini (öyrənin ki) səhrada və ya dənizdə insana yol göstərər. Bu elm sizi kəhanətə vadar edir. Münəccim – qeybdən xəbər verən kahindir. Kahin isə sehrbaz kimidir. Sehrbaz kafir kimidir. Kafirin yeri isə atəşdədir”. İmam (ə) bu döyüşdən qələbə ilə qayıdır. (Tebyan/Deyerler)
Quran astronomiya elmi haqqında buyurur: “Həmçinin quru və dənizin qaranlıqlarında doğru yolu tapmağınız üçün ulduzları sizin üçün yaradan Odur. Həqiqətən, Biz (Öz tövhid, qüdrət və hikmət)ayələri(mizi) bilən dəstə üçün ətraflı açıqladıq”. (“Ənam” 97).
“Və həmçinin (yerdə, insanları öz məqsədlərinə doğru istiqamətləndirmək üçün) əlamətlər (qoydu) və onlar (axşam) (qütb və sairə) ulduz(unun) vasitəsilə yolu tapırlar”. (“Nəhl” 16).
Qədim zamanlarda bu günün müasir texnikası olmadığına görə insanlar gündüzlər yolu Günəş, gecələr isə Ay və ulduzların vasitəsilə tapırdılar.
Yunus ibni Əbdürrəhman nəql edir: “İmam Sadiqə (ə) dedim: “Qurbanın olum, məni nücum elmindən agah et”. İmam (ə) buyurdu: “Bu elm – peyğəmbərlərin (ə) elmidir”. Soruşdum: “Bəs Əli ibn Əbutalib (ə) onu bilirdi?”. Buyurdu: “Nücum elminə bütün insanlardan daha agah idi”.