Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 İyul 14:02
Şərh Yoxdur
592

Allaha görə sevənlər və düşmənçilik edənlər

İmam Səccad (ə) buyurmuşdur:

اِذا جَمَعَ اللّهُ عَزَّ وَ جَلَّ الاَوَّلينَ والاْخِرينَ قامَ مُناد فَنادى يُسْمِعُ النّاسَ فَيَقُولُ: اَيْنَ الْمُتَحابُّونَ فىِ اللّهِ. فَيَقُومُ عُنُقٌ مِنَ النّاسِ فَيُقالُ لَهُمْ: اِذْهَبُوا اِلَى الْجَنَّةِ بِغَيْرِ حِساب …فَتَلَقّاهُمُ الْمَلائِكَةُ فَيَقُولُونَ: اِلى اَيْنَ؟ فَيَقُولُونَ: اِلىَ الْجَنَّةِ بِغَيْرِ حِساب. فَيَقُولُونَ فَاَىُّ ضَرْب اَنْتُمْ مِنَ النّاسِ؟ فَيَقُولُونَ: نَحْنُ الْمُتَحابُّونَ فِى اللّهِ. فَيَقُولُونَ وَ اَىُّ شَىء كانَتْ اَعْمالُكُمْ؟ قالوا: كُنّا نُحِبُّ فِى اللّهِ وَ نُبْغِضُ فِى اللّهِ. فَيَقُولُونَ: نِعْمَ اَجْرُ الْعامِلينَ

“Qiyamət günü Allah-Taala hamını bir yerə topladığı zaman carçı insanlara səslənər və deyər: “Bir-birini Allaha görə sevənlər haradadırlar?” Bu vaxt insanlardan bir dəstəsi qalxar. Onlara deyilər ki, hesabsız Behiştə daxil olun… Mələklər onlarla rastlaşıb soruşarlar: “Hara gedirsiniz?” Onlar cavab verərlər: “Hesabsız Behiştə doğru gedirik.” Mələklər soruşarlar: “Siz xalqın hansı dəstəsindənsiniz?” Onlar deyərlər: “Biz Allaha görə sevərdik.” Mələklər soruşarlar: “Əməlləriniz nə idi?” Deyərlər: “Biz Allaha görə sevər və Allaha görə düşmənçilik edərdik.” Mələklər deyərlər: “Əməl əhlinin mükafatı necə də gözəldir!” (“Üsuli-kafi”, (tərcüməsi ilə) c.3, səh.191.)

Digər “Hədislər ” Xəbərləri

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının... Davamı..

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ... Davamı..

“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

1.“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu: الرَّسولُ... Davamı..

Bəzilərinə bəxş edilən xas nemət

1. Bəzilərinə bəxş edilən xas nemət İmam Cavad (ə): إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا... Davamı..

Qohumlara yaxşılığın təsirləri

1. Qohumlara yaxşılığın təsirləri İmam Rza (ə) buyurmuşdur: صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ “Qohumlara yaxşılıq ölümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”,... Davamı..

“İstiğfarla özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”

“İmam Kazimdən (ə) soruşurlar: – Mələklər insanın niyyətini necə başa düşür, qəlbindən keçənləri necə qeydə alırlar? İmam (ə) soruşur: – Zibilliyin qoxusu... Davamı..