Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Noyabr 12:03
Şərh Yoxdur
3456

Dünya və axirətimizi salavat deyərək sığorta edək

Salavat – ən sevimli əməldir.

Salavat – cəhənnəm atəşini söndürər.

Salavat – namazın zinətidir.

Salavat – günahları aradan aparar.

Salavat – yoxsulluğu və nifaqı aradan aparar.

Salavat – ən yaxşı mənəvi dərmandır.

Necə də yaxşı olardı ki, insan daima savalatı zikr etsin. İnsan gün ərzində o qədər dəyərsiz sözlər işlədir ki, öz ürəyini qaraldır. Salavat demək hər bir halda yaxşıdır. Əgər salavat desəniz, həm ömrünüz dəyərli olar və həm də ruhunuzu və həyat mühitinizi nurani edərsiniz. Gəlin dünya və axirətimizi salavat deyərək sığorta edək. (Tebyan/Deyerler)

“Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56). Bu ayə salavatın uca məqamından bəhs edir.

Salavatın keyfiyyəti.

Nəql edilir ki, bu ayə nazil olandan sonra Həzrət Peyğəmbərin (s) səhabələri soruşdular: “Biz bilmirik ki, sizə necə salam verək, salavatın keyfiyyətini bizə bəyan edin”.

Həzrət Rəsul (s) buyurdu: Deyin: اللّهُمَّ صَلِّ عَلی مُحَمّدٍ و آلِ مُحَمَّدٍ کما صَلَّیتَ علی ابراهیمَ و آلِ ابراهیم، اِنَّک حَمیدٌ مَجید و بارِک عَلی مَحمَّدٍ و آلِ مُحَمّدٍ کما بارَکتَ علی ابراهیمَ و آلِ ابراهیم، انَّکَ حَمیدٌ مَجید؛

Yəni, Allahım! Həzrət Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) salavat göndər, necə ki, İbrahim (ə) və Ali-İbrahimə göndərirdin. Həqiqətən, Sən Həmid və Məcidsən. Bərəkəti Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) nəsib et, necə ki, İbrahimə (ə) və Ali-İbrahimə etmişdin. Həqiqətən, Sən Həmid və Məcidsən.

Həzrət Rəsuli-Əkrəm (s) sonra buyurdu: “Allah Təala mənə iki mələyi məmur etmişdir ki, o yerdə ki, mənim adım çəkilər və eşidən mənə salavat göndərər, həmin mələklər deyərlər: “Allah səni bağışlasın”. Allah və mələklər amin deyər. Əgər mənə salavat göndərməzsə, hər iki mələk deyər: “Allah səni bağışlamasın”. Allah və mələklər amin deyər”.

İmam Sadiqin (ə) tərəfdaşlarından biri Həzrətdən (ə) soruşur: “Bu ayədə Allah Təalanın Həzrət Muhəmmədə (s) salavat göndərməsi hansı keyfiyyətdədir?”. Həzrət Sadiq (ə) buyurur: “Allah Təalanın ona salavat göndərməsi – uca səmada onun mərtəbəsini elan etmək, dərəcəsini bütün peyğəmbərlərin dərəcələrindən üstün etməkdir”.

İmam Sadiq (ə) buyurur: “Hər kimin Allaha hacəti olar, gərək ilk olaraq Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərsin. Ondan sonra hacətini istəsin. Duanı yenə də salavatla bitirsin. Həqiqətən, Allah Təala ondan ucadır ki, duanın hər iki tərəfində olanı qəbul etsin, ortasındakını saxlasın”.

Əllahummə salli ələ Muhəmmədin  və Ali-Muhəmməd !

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..