Qız övladına küsmək cahiliyyə adətidir. İslamda isə övlad Allahın seçimidir və onun qız və ya oğlan olması insanın dəyərini dəyişmir.
Quran cahiliyyə ərəblərinin halını belə təsvir edir: onlardan birinə qızı olduğu xəbəri veriləndə üzü qaralır, qəzəbdən boğulur, xəcalətdən insanlardan gizlənirdi. İslam bu baxışı kökündən rədd etdi. Amma təəssüf ki, onun izləri bu gün də bəzən görünür.
Bir kişi İmam Sadiqin (ə) yanına gəlib şikayət etdi ki, həyat yoldaşı ona “xəyanət edib”. İmam soruşdu ki, nə olub. Kişi dedi: “Qızı olub.”
İmam (ə) ona belə cavab verdi: “Əgər Allah səndən soruşsaydı ki, övladını Mən seçim, yoxsa sən, nə deyərdin?” Kişi dedi: “Deyərdim ki, Ya Rəbb, Sən seç.” İmam buyurdu: “Bu da Allahın sənin üçün seçdiyidir.”
Sonra İmam Quranda Xızır (ə) ilə Musa (ə) haqqındakı hadisəni xatırlatdı. Xızırın (ə) öldürdüyü oğlan uşağının əvəzinə Allah o valideynlərə bir qız bəxş etdi. Həmin qızdan bir neçə peyğəmbər dünyaya gəldi.
Quran da bu məsləhəti verir: “Ata-analarınızdan və övladlarınızdan hansının sizə daha faydalı olduğunu bilmirsiniz.”
Bəzən soruşulur: imamlar oğlan övladı üçün dua təlim ediblərsə, deməli oğlan üstündür? Xeyr. Bunun iki səbəbi var:
Peyğəmbərin (s) nəsli də bir qızın, Həzrət Fatimə Zəhranın (ə) vasitəsilə davam etdi.
Nəticə: Qız övladı yük deyil, Allahın seçib verdiyi rəhmətdir. Ona sevinmək Allahın seçiminə razı olmaqdır.