Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 İyun 13:08
Şərh Yoxdur
8

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının altında nə olduğunu bilmədiyim bir şeyi bürümüşdü (qucaqlamışdı). İşimi bitirdikdən sonra soruşdum: Ey Allahın Rəsulu, libasının altında bürüdüyün bu şey nədir? O, libasını açdı (əbasını qaldırdı); bir də gördüm ki, Həsən və Hüseyn (ə) onun qucağında oturublar. Peyğəmbər (s) buyurdu: “Bu ikisi mənim oğullarım və qızımın (Fatimənin) oğullarıdır. Allahım! Mən bu ikisini sevirəm, Sən də onları sev! Onları sevənləri də sev!”. طَرَقْتُ النَّبِيَّ (ص) ذَاتَ لَيْلَةٍ فِي بَعْضِ الْحَاجَةِ‌، فَخَرَجَ النَّبِيُّ (ص) وَ هُوَ مُشْتَمِلٌ عَلَى شَيْ‌ءٍ لَا أَدْرِي مَا هُوَ، فَلَمَّا فَرَغْتُ مِنْ حَاجَتِي قُلْتُ‌: مَا هَذَا الَّذِي أَنْتَ مُشْتَمِلٌ عَلَيْهِ؟ قَالَ‌: فَكَشَفَهُ‌، فَإِذَا حَسَنٌ‌ وَ حُسَيْنٌ‌ (ع) عَلَى وَرِكَيْهِ‌. فَقَالَ (ص)‌: «هَذَانِ ابْنَايَ وَ ابْنَا ابْنَتِيَ‌، اللَّهُمَّ إِنِّي أُحِبُّهُمَا فَأَحِبَّهُمَا، وَ أَحِبَّ مَنْ يُحِبُّهُمَا». Məhəmməd ibn İsa Termizi, “Sunənu Termizi” (əs-Sunən/ Səhihul-Came), c.5, s. 473, babul-mənaqib, hədis: 3769 (darul-hədis çapı, 1419 hq). Bu hədis Əhli-sünnəyə görə səhihdir, çünki onu Buxari də öz Səhihinin “mənaqib” fəslində (hədis: 3753) nəql etmişdir. P.S: Cahiliyyə dövründə ərəblər qız uşaqlarından olan nəvələri öz nəsillərinin davamçısı saymırdılar. Peyğəmbərimiz (s) “bu ikisi mənim oğullarım və qızımın oğullarıdır” deyərək bu yanlış adəti sındırdı. O, bu kimi kəlamları ilə öz soyunun məhz qızı Həzrət Fatimə (s.ə) vasitəsilə, yəni Həsən və Hüseynlə (ə) davam edəcəyini hüquqi və mənəvi olaraq elan etdi.

Digər “Hədislər ” Xəbərləri

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ... Davamı..

“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

1.“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu: الرَّسولُ... Davamı..

Bəzilərinə bəxş edilən xas nemət

1. Bəzilərinə bəxş edilən xas nemət İmam Cavad (ə): إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا... Davamı..

Qohumlara yaxşılığın təsirləri

1. Qohumlara yaxşılığın təsirləri İmam Rza (ə) buyurmuşdur: صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ “Qohumlara yaxşılıq ölümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”,... Davamı..

“İstiğfarla özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”

“İmam Kazimdən (ə) soruşurlar: – Mələklər insanın niyyətini necə başa düşür, qəlbindən keçənləri necə qeydə alırlar? İmam (ə) soruşur: – Zibilliyin qoxusu... Davamı..

Xəlvətdə ikən Onu xatırlayırsansa, Gizlində Onunla bir bağlantın varsa, münafiq deyilsən!

Xəlvətdə ikən Onu xatırlayırsansa, Gizlində Onunla bir bağlantın varsa, münafiq deyilsən! Abdullah ibn Sinan deyir: İmam Cəfər Sadiqin (ə) hüzurunda idik. Məclisdə... Davamı..