Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Aprel 20:16
Şərh Yoxdur
444

“İstiğfarla özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”

“İmam Kazimdən (ə) soruşurlar:

– Mələklər insanın niyyətini necə başa düşür, qəlbindən keçənləri necə qeydə alırlar?

İmam (ə) soruşur:

– Zibilliyin qoxusu ilə gül bağçasının qoxusu eynidirmi?

Deyirlər:

– Xeyr.

İmam (ə) buyurur:

– Siz burnunuza gözəl qoxu gəldikdə gül bağçasının, pis qoxu gəldikdə isə üfunət qoxan zibilliyin olduğunu anladığınız kimi, mələklər də insanların daxillərindən qalxan qoxunun vasitəsilə onların yaxşı və pis niyyətlərini, şər və günah etmək fikrinə düşdüklərini anlayırlar”.

Günah – pis qoxusu olan üfunətdir:

 

تَعَطَّروا بِالاِستِغفارِ، لا تَفضَحكُم رَوائِحُ الذُّنوبِ

“İstiğfarla özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”.[1]

 

[1] əl-Xisal, s. 183, hədis 217; Biharul-ənvar, c. 90, s. 278

Digər “Hədislər ” Xəbərləri

Dörd әmәli yеrinә yеtirәnə Аllаh cәnnәtdә bir еv tikәr

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları... Davamı..

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının... Davamı..

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ... Davamı..

“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

1.“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu: الرَّسولُ... Davamı..

Bəzilərinə bəxş edilən xas nemət

1. Bəzilərinə bəxş edilən xas nemət İmam Cavad (ə): إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا... Davamı..

Qohumlara yaxşılığın təsirləri

1. Qohumlara yaxşılığın təsirləri İmam Rza (ə) buyurmuşdur: صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ “Qohumlara yaxşılıq ölümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”,... Davamı..