Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Oktyabr 09:19
Şərh Yoxdur
345

Heç bir günahı kiçik saymayın

İmam Həsən Əsgəri (ə) buyurmuşdur:

مِنَ الذُّنُوبِ الَّتِي لا تُغْفَرُ: لَيْتَنِي لا اُؤَاخَذُ إِلاَّ بِهَذٰا

“Günahlar içində bağışlanmayan günah insanın “Ey kaş, mənim günahım elə bu olaydı!” – deməsidir. ”[1]

Qısa izah

Kiçik günahlar müəyyən səbəblərdən böyük günahlara çevrilirlər.. Günahları kiçik hesab edərək əhəmiyyətsiz saymaq şeytanın ən təhlükəli vəsvəsələrindən biridir.

İnsanın böyük sayaraq şəkindiyi günahlar o qədər də təhlükəli deyildir. Çünki təqvalı insan həmişə özünü belə günahların toruna düşməkdən qorumağa çalışır. Lakin insan həmin günahı kiçik saydıqda, günaha nisbətdəki narahatlıq və qorxu aradan gedir və insan asanlıqla günaha aludə olur.

Mütəmadi olaraq günaha mürtəkib olmaq kiçik günahların böyük günahlarla əvəz olunması üçün şərait yaradan amillərdəndir. Bu isə insanın həmişəlik səadət və xoşbəxtlikdən məhrum olmasına gətirib çıxarır.

Həqiqətdə, qeyd edilənləri nəzərə alsaq, bütün günahların böyük olduğunu anlayarıq, çünki Allahın qadağa qoyduğu qanunları pozmağın özü böyük günah sayılır.

[1] “Tühəful-uqul”, səh. 366.

Digər “Hədislər ” Xəbərləri

Günahın odu insanın bütün yaxşı əməllərini yandırır.

İmam Baqir (ə) Rəsulullahın (s) belə buyuruğunu nəql etmişdir: “Allah-taala “Subhanəllah”, “Əlhəmdulillah”, “La ilahə illəllah”, “Əllahu Əkbər” deyən hər kəsin bu zikirlərinin... Davamı..

Əhli-Sünnə aliminin “xəndək” etirafı və Qədr gecəsi

Əhli-Sünnə aliminin “xəndək” etirafı və Qədr gecəsi “Əlinin (ə) XƏNDƏK savaşı günü (Əmr bin Əbdəvidə) vurduğu zərbə insanların və cinlərin ibadətindən üstündür”.... Davamı..

Hansı gecələr Qədr gecəsidir və bu gecədə hansı əməlləri etmək savabdır?

Hansı gecələr Qədr gecəsidir və bu gecədə hansı əməlləri etmək savabdır? عَنْ إِسْمَاعِيلَ بْنِ مِهْرَانَ قَالَ: سَمِعْتُ جَعْفَرَ بْنَ مُحَمَّدٍ (ع) يَقُولُ‏:... Davamı..

Bu ay tövbə üçün ən gözəl fürsətdir

Bu ay tövbə üçün ən gözəl fürsətdir عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا (ع)، أَنَّهُ قَالَ: مَنْ كَانَ تَائِباً مِنْ ذَنْبٍ،... Davamı..

Qorxulu rəhmət…

Bir dəfə Ömər ibn Əbdüləziz xəlifə Süleyman ibn Əbdülməlik ilə səfərə çıxır. Yolda onları ildırım, göy gurultusu tutur və qara buludların yaratdığı... Davamı..

imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı

İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı: “Əli ibn Əbi Talib (ə) özünü... Davamı..

Zamanın yaxınlaşması, zaman qıtlığı

“Qiyamət başlamayacaq ZAMAN yaxınlaşmadıqca, tezləşmədikcə. O zaman il ay kimi, ay həftə kimi, həftə gün kimi, gün saat kimi keçər və saat... Davamı..

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər عَنِ ابْنِ أَبِي نَجْرَانَ قَالَ: سَمِعْتُ أَبَا الْحَسَنِ (ع) يَقُولُ‏: مَنْ عَادَى شِيعَتَنَا فَقَدْ عَادَانَا... Davamı..