Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Sentyabr 15:43
Şərh Yoxdur
1317

İslam dünya dininə çevriləcək

İslam Peyğəmbəri (s) buyurur:

لا يَبْقَيٰ عَلَيٰ ظَهْرِ الْأَرْضِ بَيْتُ مَدَرٍ وَ لا وَبَرٍ إِلاّ أَدْخَلَهُ اللهُ كَلِمَةَ الْإِسْلامِ

“Yer üzərində elə bir ev, hətta yun parçadan olan çadırlar və gildən olan evlər qalmayacaq ki, Allah-taala İslam dinini ora daxil etməsin.”[1]

Qısa izah:

Dünyanın iki yol ayrıcında olması günbəgün bu həqiqəti bir daha üzə çıxarır ki, ya İslam dini qəbul edilməli, ya da digər dinlər aradan getməlidir.

Belə ki, dinsizlik insanın fitrət və təbiətinin əksinə olduğu üçün o, sonra İslama doğru üz gətirəcəkdir. Hal-hazırda İslam dini öz gözəlliyi ilə dünyanın müxtəlif yerlərində insanları özünə cəlb etməklə onları əhatə etmişdir. Hətta Amerikada belə bu din hal-hazırda yayılmağa davam edir.

Əlbəttə, qeyd etmək lazımdır ki, bu mövzu özünün təkamül zirvəsinə həzrət Mehdinin (ə.c) zühuru dövründə çatacaqdır. O gündə şirk və bütpərəstliyin kökü kəsiləcək və İslam dini yer üzünün hər bir nöqtəsini əhatə edəcəkdir. Həmçinin, İslam Peyğəmbərinin (s) yuxarıda qeyd olan hədisdə bəşarət verdiyi məsələ öz həqiqətini tapacaqdır.

[1] “Məcməul-bəyan”, c. 5, səh. 25.

Digər “Hədislər ” Xəbərləri

İmam Rza (ə) Əbdüləzim Həsəninin nəsihəti

İmam Rza (ə) Əbdüləzim Həsəniyə buyurdu: “Ey Əbdüləzim! Mənim dostlarıma məndən salam çatdır və onlara de ki, şeytana özlərinə qarşı yol verməsinlər.... Davamı..

Çağdaş dünyamızın bütü

Çağdaş dünyamızın bütü Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: يَأْتى عَلَى النَّاسِ زَمانٌ بُطُونُهُمْ آلِهَتُهُمْ، وَ نِساؤُهُمْ قِبْلَتُهُمْ، وَ دَنا نيرُهُمْ دينُهُمْ، وَ شَرَفُهُمْ مَتاعُهُمْ،... Davamı..

Dörd әmәli yеrinә yеtirәnə Аllаh cәnnәtdә bir еv tikәr

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları... Davamı..

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının... Davamı..

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ... Davamı..

“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

1.“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu: الرَّسولُ... Davamı..