Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Sentyabr 13:29
Şərh Yoxdur
979

Nə həsəd, nə də yaltaqlıq et

Həzrət Əli (ə) buyurmuşdur:

أَلثَّنَاءُ بِاَكْثَرَ مِنَ الْإِِِسْتِحْقَاقِ مَلَقٌ وَ التَّقْصِيرُ عَنِ الْإِسْتِحْقَاقِ عِيٌّ أَوْ حَسَدٌ

“Hansısa bir şəxsi layiq olduğundan daha artıq tərif və mədh etmək yaltaqlıq, layiq olduğundan az tərif etmək isə bacarıqsızlıq və ya həsəd aparmaqdır.”[1]

Qısa izah

Bacarıqlı və tərifəlayiq insanları bəyənilən əməl və rəftarlar səbəbilə tərifləyərək öymək və onlara minnətdar olmaq, eyni zamanda, qarşıya qoyduqları məqsəd və hədəflərə çatması üçün təşfiq etmək lazımdır. Bu məsələdə tərəf müqabilinin ləyaqət və səviyyəsi nəzərə alınmalıdır, əks təqdirdə, tutduğumuz mövqe acınacaqlı halların yaranması ilə nəticələnəcəkdir. Fərdlərin tərif və mədhi layiq olduqlarından artıq edilərsə, yaltaqlıq sayılar və tərif deyənin şəxsiyyətini alçaltmaqla yanaşı, qarşı tərəfi təkkəbbürlü olmağa sövq edər . Tənbeh edilməsi gərəkdiyi halda yersiz tərif etmək təriflənən şəxsi öz səhvlərini düzəlmək imkanından məhrum edir. Əksinə, layiq olduğundan az mədh edilən bacarıqlı insanlarda bu məsələ onların laqeyd və soyuqqanlı olmasına şərait yaradaraq fitrətindəki maraq və şövqü aradan qaldırır və tərif edənlərin həsəd və paxıllıq etdiyini, həmçinin zəifliklərini üzə çıxarır. İnsanlar həmişə orta həddi gözləməyə və digərlərinə zərər vurmamağa çalışmalıdırlar.

 

[1] “Nəhcül-bəlağə”.

Digər “Hədislər ” Xəbərləri

İmamət və vilayətə tabe olmağın zəruriliyi

İmamət və vilayətə tabe olmağın zəruriliyi الامام الهمام أبو محمد علی بن الحسن العسکری (ع) قال: قَالَ الامام الصَّادِقُ (ع):‏ وَ أَعْظَمُ... Davamı..

✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

  «أُوصيكُمْ بِتَقْوَى اللّهِ وَ الْوَرَعِ فى دينِكُمْ وَالاجْتَهادِ لِلّهِ وَ صِدْقِ الْحَديثِ وَ أَداءِ الأَمانَةِ إِلى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ... Davamı..

Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir:

Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir: بُنِيَ الْإِسْلَامُ عَلَى خَمْسٍ إِقَامِ الصَّلَاةِ وَ إِيتَاءِ الزَّكَاةِ وَ حِجِّ الْبَيْتِ... Davamı..

Ey Əbuzər! Behiştə getmək istəyirsən?…

Peyğəmbəri-Əkrəm (s) : Ey Əbuzər! Behiştə getmək istəyirsən?…   Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur: یَا ابا ذر!... Davamı..

Qızıl tövsiyələr

  Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: مَنْ تَوَاضَعَ لِلَّهِ رَفَعَهُ اللَّهُ وَ مَنْ تَكَبَّرَ خَفَضَهُ اللَّهُ وَ مَنِ اقْتَصَدَ فِي مَعِيشَتِهِ رَزَقَهُ اللَّهُ وَ... Davamı..

Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir

Peyğəmbəri-Əkrəm (s) imam Əmirəlmöminin Əliyə (ə) vəsiyyətində buyurmuşdur: يا عَلِىُّ، ثَلاثٌ مِنْ مَكارِمِ الْأَخْلاقِ: تُعْطِى مَنْ حَرَمَكَ، وَ تَصِلُ مَنْ قَطَعَكَ، وَ... Davamı..

“Ey Əli, sizin içinizdə əxlaqı mənim əxlaqıma daha çox oxşayan insan haqqında xəbər verimmi?”

Peyğəmbəri-Əkrəm (s) öz vəsisi, elm şəhərinin qapısı olan imam Əmirəlmöminin Əliyə (ə) belə buyurmuşdur: يا عَلِىُّ، أَلا اُخْبِرُكُمْ بِأَشْبَهِكُمْ بِى خُلُقاً؟ “Ey... Davamı..

Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm

İmam Sadiq (ə) buyurmuşdur: “Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm: 1. Qorxu içində yaşayan, amma “حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ – Həsbunəllah və ne`məl-vəkil”... Davamı..