Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Avqust 11:43
Şərh Yoxdur
749

Gün ərzində özünlə hesabat apar

İmam Kazim (ə) buyurmuşdur:

لَيْسَ مِنَّا مَن لَم يُحَاسِبْ نَفْسَهُ فِي كُلِّ يَوْمٍ

“Gün ərzində nəfsini hesaba çəkməyən kəs bizdən deyildir!”[1]

Qısa izah

Dünyanın istər böyük olsun, istərsə də kiçik, hər hansı bir müəssisəsində gündəlik mühasibat və hesab-kitab aparmadan ziyanın qarşısını almaq və çoxlu mənfəət və gəlir əldə etmək üçün çalışmaq mümkün deyildir.

 

Həqiqətən, insanların maddi sərmayələri, hətta, öz ağırlıqlarının neçə qram artıb-azalması barədə həddən artıq dəqiqliklə hesab-kitab aparması, amma bütün ömrü boyu bir dəfə də olsun insani, əxlaqi və mənəvi keyfiyyətləri nəzərdən qaçırması təəccüb doğuracaq bir haldır. Bu, necə də böyük bir qəflət və diqqətsizlikdir!

İmam Kazimin (ə) yuxarıdakı hədisdə buyurduğu kimi, ayıq və məsuliyyətli müsəlman gün boyu istisnasız olaraq öz nəfsini hesaba çəkən, yaxşı və xeyirli iş gördükdə, onu artırmağa, bəyinilməz işə mürtəkib olduqda isə Allahdan bağışlanmaq diləməyə çalışan kəsdir.

[1] “Biharul-ənvar”, c. 67, səh. 72, hədis, 24.

Digər “Hədislər ” Xəbərləri

Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir:

Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir: بُنِيَ الْإِسْلَامُ عَلَى خَمْسٍ إِقَامِ الصَّلَاةِ وَ إِيتَاءِ الزَّكَاةِ وَ حِجِّ الْبَيْتِ... Davamı..

Ey Əbuzər! Behiştə getmək istəyirsən?…

Peyğəmbəri-Əkrəm (s) : Ey Əbuzər! Behiştə getmək istəyirsən?…   Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur: یَا ابا ذر!... Davamı..

Qızıl tövsiyələr

  Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: مَنْ تَوَاضَعَ لِلَّهِ رَفَعَهُ اللَّهُ وَ مَنْ تَكَبَّرَ خَفَضَهُ اللَّهُ وَ مَنِ اقْتَصَدَ فِي مَعِيشَتِهِ رَزَقَهُ اللَّهُ وَ... Davamı..

Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir

Peyğəmbəri-Əkrəm (s) imam Əmirəlmöminin Əliyə (ə) vəsiyyətində buyurmuşdur: يا عَلِىُّ، ثَلاثٌ مِنْ مَكارِمِ الْأَخْلاقِ: تُعْطِى مَنْ حَرَمَكَ، وَ تَصِلُ مَنْ قَطَعَكَ، وَ... Davamı..

“Ey Əli, sizin içinizdə əxlaqı mənim əxlaqıma daha çox oxşayan insan haqqında xəbər verimmi?”

Peyğəmbəri-Əkrəm (s) öz vəsisi, elm şəhərinin qapısı olan imam Əmirəlmöminin Əliyə (ə) belə buyurmuşdur: يا عَلِىُّ، أَلا اُخْبِرُكُمْ بِأَشْبَهِكُمْ بِى خُلُقاً؟ “Ey... Davamı..

Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm

İmam Sadiq (ə) buyurmuşdur: “Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm: 1. Qorxu içində yaşayan, amma “حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ – Həsbunəllah və ne`məl-vəkil”... Davamı..

İmam Rza (ə) Əbdüləzim Həsəninin nəsihəti

İmam Rza (ə) Əbdüləzim Həsəniyə buyurdu: “Ey Əbdüləzim! Mənim dostlarıma məndən salam çatdır və onlara de ki, şeytana özlərinə qarşı yol verməsinlər.... Davamı..

Çağdaş dünyamızın bütü

Çağdaş dünyamızın bütü Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: يَأْتى عَلَى النَّاسِ زَمانٌ بُطُونُهُمْ آلِهَتُهُمْ، وَ نِساؤُهُمْ قِبْلَتُهُمْ، وَ دَنا نيرُهُمْ دينُهُمْ، وَ شَرَفُهُمْ مَتاعُهُمْ،... Davamı..