Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 İyun 23:24
Şərh Yoxdur
1070

Pak və təmizkar ol

İslam Peyğəmbəri (s) buyurmuşdur:

اَفْوَاهُكُم طَرِيقٌ مِن طُرُقِ رَبِّكُم فَأَحَبُّهَا اِلَي اللهِ اَطْيَبُهَا رِيـحًا فَطَيِّبُوهَا بِمَا قَدَرْتُم عَلَيْهِ

“Allaha doğru aparan yollardan biri də sizin ağzınızdır. Onun dərgahında ən sevimli ağız ən yaxşı qoxulu olandır. Belə isə ağzınızı xoş iyili saxlamaq üçün çalışın. “[1]

Qısa izah

“Vəsailüş-şiə” kitabında dişlərin yuyulma qaydası haqqında nəql olunan bu hədisin həm zahiri, həm də batini mənası vardır. Hədisin zahiri mənası hər bir mömin insanın ağzı ilə Allaha ibadət etməsi və onun nazil etdiyi ayələri oxumasından ibarətdir. Bu baxımdan, möminlər ağızlarını pak və təmiz saxlamalıdırlar. Hədisin batini mənası belədir: “İnsan ağzı ilə Allah dərgahına üz tutaraq danışdığı və digərləri arasında onun vasitəsilə ünsiyyət yaratdığı üçün, onu nalayiq və yersiz sözlərdən pak saxlamaqla Allah dərgahında daha sevimli və əziz bəndəyə çevrilə bilər.”

Ədavət və düşmənçilik, hətta, qanlı müharibələrin də baş verməsinə səbəb olan nalayiq söz və kobudluqlardan çəkinmək lazımdır.

[1] “Vəsailuş-şiə”, c. 1, səh. 358.

Digər “Hədislər ” Xəbərləri

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının... Davamı..

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ... Davamı..

“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

1.“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu: الرَّسولُ... Davamı..

Bəzilərinə bəxş edilən xas nemət

1. Bəzilərinə bəxş edilən xas nemət İmam Cavad (ə): إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا... Davamı..

Qohumlara yaxşılığın təsirləri

1. Qohumlara yaxşılığın təsirləri İmam Rza (ə) buyurmuşdur: صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ “Qohumlara yaxşılıq ölümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”,... Davamı..

“İstiğfarla özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”

“İmam Kazimdən (ə) soruşurlar: – Mələklər insanın niyyətini necə başa düşür, qəlbindən keçənləri necə qeydə alırlar? İmam (ə) soruşur: – Zibilliyin qoxusu... Davamı..