Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 İyun 12:31
Şərh Yoxdur
1455

İmam Kazim (ə) dan 7 hədis

1-Din qardaşının işini həll etməyənin aqibəti
İmam Kazim (ə) buyurmuşdur:
مَن قَصَدَ الَیهِ رَجُلُ مِن إخوانهِ مُستَجیراً بهِ فی بَعضِ اَحواِلهِ، فَلَم یُجِرهُ بَعدَ اَن یَقدِرَ عَلیهِ، فَقَد قَطَعَ وِلایهَ اللهِ عزّ و جلّ
“Hər kəs imkanı və gücü çatdığı halda, hansısa bir işlə bağlı ona müraciət edən din qardaşının işini həll etməzsə, Allah-Taala ilə olan vilayət bağını qırmışdır.” (“Əl-kafi”, c.2, səh.366.)
2-Çətinlik və qəm-qüssəni aradan qaldıran zikr
İmam Kazim (ə) buyurmuşdur:
ما مِنْ أَحَدٍ دَهَّمَهُ أَمْرٌ يَغُمُّهُ، أَوْ كَرَبَتْهُ كُرْبَةٌ، فَرَفَعَ رَأْسَهُ إِلى السَّماءِ، وَقالَ ثَلاثَ مَرّاتٍ: (بِسْمِ الله الرَّحْمَنِ الرَّحِيمِ)، إِلَّا فَرَّجَ اللهُ كُرْبَتَهُ، وَأَذْهَبَ غَمَّهُ إِنْ شاءَ اللهُ تَعالى
“Qəm-qüssəyə və çətinliyə düşmüş elə bir şəxs yoxdur ki, üzünü göyə tutub üç dəfə “Bismilləhir-rəhmənir-rəhim” dedikdə, Allah onun çətinliyini və qəm-qüssəsini aradan qaldırmasın; əgər Allah-Taala istəyərsə!” (“Biharul-ənvar”, c.92, səh.159.)
3-Əl işi – İlahi övliyaların peşəsi
Əli ibn Əbu Həmzə belə nəql edir:
رَأَيتُ أبَا الحَسَنِ (ع) يَعمَلُ في أرضٍ لَهُ قَدِ استَنقَعَت قَدَماهُ فِي العَرَقِ، فَقُلتُ لَهُ: جُعِلتُ فِداكَ، أينَ الرِّجالُ؟ فَقالَ: يا عَلِيُّ، قَد عَمِلَ بِاليَدِ مَن هُوَ خَيرٌ مِنّي في أرضِهِ ومِن أبي، فَقُلتُ لَهُ: ومَن هُوَ؟ فَقالَ: رَسولُ اللّهِ (ص) وأميرُ المُؤمِنينَ، وآبائي (ع) كُلُّهُم كانوا قَد عَمِلوا بِأَيديهِم، وهُوَ مِن عَمَلِ النَّبِيّينَ وَالمُرسَلينَ وَالأَوصِياءِ وَالصّالِحينَ
Həzrət Əbülhəsəni (İmam Kazim) (ə) əkin sahəsində hər iki ayağı tər içində işlədiyini görüb dedim: “Sənə qurban olum, köməyə kişilər (xidmətçilər) haradadır?” Həzrət buyurdu: “Ey Əli, mən və atamdan üstün kəs sahədə öz əli ilə işləmişdir.” Dedim: “O kimdir?” Həzrət buyurdu: “Allahın Peyğəmbəri (s), Əmirəlmöminin (ə) və babalarımın hamısı öz əllərilə zəhmət çəkmişlər. Əl işi peyğəmbərlərin, mürsəllərin, canişinlərin və saleh bəndələrin peşəsidir.” (“Əl-kafi”, c.5, səh.75, hədis 10.(
4-İmamların hər birinin öz vəzifəsi
İmam Kazim (ə) buyurmuşdur:
نَحنُ فِي العِلمِ وَالشَّجاعَةِ سَواءٌ، وفِي العَطايا عَلى قَدرِ ما نُؤمَرُ
“Biz imamlar elm və şücaətdə bərabərik, bəxşişdə isə hər birimizə müəyyən vəzifə tapşırılıb.” )“Əl-kafi”, c.1, səh.275, hədis 2.(
5-Malın ən təmizindən ayrılan 3 işin pulu
İmam Kazim (ə) onu (vəfat etdikdən sonra) kəfənləməyi öhdəsinə almaq istəyən Sindi ibn Şahəkə (belə buyurdu):
إنّا أهلُ بَيتٍ حَجُّ صَرورَتِنا ومُهورُ نِسائِنا وأكفانُنا مِن طَهورِ أموالِنا
“Biz Əhli-beyt birinci həccimizin xərcini, qadınların mehriyyəsini və kəfənimizin pulunu malımızın ən təmizindən (saf və halal) ayırırıq.” (“Əl-fəqih”, c.1, səh.189, hədis 577.)
6-Qum əhalisindən bir şəxs…
İmam Kazim (ə) buyurmuşdur:
رَجُلٌ مِن أهلِ قُمَ يَدعُو النّاسَ إلَى الحَقِّ، يَجتَمِعُ مَعَهُ قَومٌ كَزُبَرِ الحَديدِ، لا تُزِلُّهُمُ الرِّياحُ العَواصِفُ، ولا يَمِلّونَ مِنَ الحَربِ ولا يَجبُنونَ، وعَلَى اللّهِ يَتَوَكَّلونَ، وَالعاقِبَةُ لِلمُتَّقينَ
“Qum əhalisindən bir şəxs camaatı haqqa doğru çağıracaq, polad kimi möhkəm iradəli insanlar ətrafına toplaşacaq və tufanlar belə onları yerindən tərpədə bilməyəcək. Onlar döyüşdən yorulmayacaq, qorxmayacaq və yalnız Allaha təvəkkül edəcəklər. Aqibət isə təqvalılarındır.” (“Əmali”, Şeyx Tusi, səh.452, hədis 1010.)
7-“Şükür səcdəsi”nin zikri
İmam Kazim (ə) “şükür səcdəsi”nin zikri ilə əlaqədar blə buyurmuşdur:
اللّهُمَّ إنّي أنشُدُكَ بِإِيوائِكَ عَلى نَفسِكَ لِأَولِيائِكَ لَتُظفِرَنَّهُم بِعَدُوِّكَ وعَدُوِّهِم أن تُصَلِّيَ عَلى مُحَمَّدٍ وعَلَى المُستَحفِظينَ مِن آلِ مُحَمَّد اللّهُمَّ إنّي أسأَلُكَ اليُسرَ بَعدَ العُسرِ
“İlahi, Səni dostlarına, Öz düşmənin və onların düşməninə qələbə çalmağı vəd verdiyin haqqa and verirəm ki, Muhəmmədə, din və şəriətin gözətçiləri olan Muhəmmədin xanədanına salam və salavat göndər! İlahi, Səndən çətinlikdən sonra asanlıq diləyirəm!” (“Əl-kafi”, c.3, səh.325, hədis 17.)
Digər “Hədislər ” Xəbərləri

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının... Davamı..

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ... Davamı..

“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

1.“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu: الرَّسولُ... Davamı..

Bəzilərinə bəxş edilən xas nemət

1. Bəzilərinə bəxş edilən xas nemət İmam Cavad (ə): إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا... Davamı..

Qohumlara yaxşılığın təsirləri

1. Qohumlara yaxşılığın təsirləri İmam Rza (ə) buyurmuşdur: صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ “Qohumlara yaxşılıq ölümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”,... Davamı..

“İstiğfarla özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”

“İmam Kazimdən (ə) soruşurlar: – Mələklər insanın niyyətini necə başa düşür, qəlbindən keçənləri necə qeydə alırlar? İmam (ə) soruşur: – Zibilliyin qoxusu... Davamı..