Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 May 11:04
Şərh Yoxdur
631

Müsəlman şəxs on xislətə sahib olmayınca ağlı kamilləşməz

İmam Rza (ə) ağıllı müsəlmanın on əlamətindən söz açaraq buyurmuşdur:

لَا يَتِمُّ عَقْلُ امْرِئٍ مُسْلِمٍ حَتَّى تَكُونَ فِيهِ عَشْرُ خِصَالٍ الْخَيْرُ مِنْهُ مَأْمُولٌ وَ الشَّرُّ مِنْهُ مَأْمُونٌ يَسْتَكْثِرُ قَلِيلَ الْخَيْرِ مِنْ غَيْرِهِ وَ يَسْتَقِلُّ كَثِيرَ الْخَيْرِ مِنْ نَفْسِهِ- لَا يَسْأَمُ مِنْ طَلَبِ الْحَوَائِجِ إِلَيْهِ وَ لَا يَمَلُّ مِنْ طَلَبِ الْعِلْمِ طُولَ دَهْرِهِ الْفَقْرُ فِي اللَّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْغِنَى وَ الذُّلُّ فِي اللَّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْعِزِّ فِي عَدُوِّهِ وَ الْخُمُولُ أَشْهَى إِلَيْهِ مِنَ الشُّهْرَةِ ثُمَّ قَالَ (علیه السلام) الْعَاشِرَةُ وَ مَا الْعَاشِرَةُ قِيلَ لَهُ مَا هِيَ قَالَ لَا يَرَى أَحَداً إِلَّا قَالَ هُوَ خَيْرٌ مِنِّي وَ أَتْقَى

“Müsəlman şəxs on xislətə sahib olmayınca ağlı kamilləşməz:

1. Ondan xeyirxahlıq gözlənilər;

2. Onun pisliyi və şərindən amanda qalınar;

3. O, başqalarının az yaxşılıqlarını çox hesab edər;

4. Özünün çox yaxşılıqlarını az hesab edər;

5. Başqalarının istək və diləyindən yorulmaz;

6. Ömrü boyunca elm öyrənməkdən yorulmaz;

7. Allaha ehtiyacı digər ehtiyaclardan üstün tutar;

8. Allah dərgahında kiçik olmağı Allah düşməninin yanında böyük olmaqdan üstün tutar;

9. Tanınmaz qalmağı məşhurlaşmaqdan üstün tutar.”

Sonra imam Rza (ə) əlavə edərək buyurdu: “Onuncu xislət daha çox əhəmiyyət kəsb edir.” İmamdan (ə) “Onuncu xislət hansıdır?” – deyə souşduqda, İmam (ə) buyurdu: “Gördüyü hər bir kəs haqqında belə düşünsün və desin: “O, məndən yaxşı və təqvalıdır.”

(“Biharul-ənvar”, Beyrut çapı,75-ci cild, səh.336.)

Digər “Hədislər ” Xəbərləri

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının... Davamı..

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ... Davamı..

“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

1.“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu: الرَّسولُ... Davamı..

Bəzilərinə bəxş edilən xas nemət

1. Bəzilərinə bəxş edilən xas nemət İmam Cavad (ə): إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا... Davamı..

Qohumlara yaxşılığın təsirləri

1. Qohumlara yaxşılığın təsirləri İmam Rza (ə) buyurmuşdur: صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ “Qohumlara yaxşılıq ölümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”,... Davamı..

“İstiğfarla özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”

“İmam Kazimdən (ə) soruşurlar: – Mələklər insanın niyyətini necə başa düşür, qəlbindən keçənləri necə qeydə alırlar? İmam (ə) soruşur: – Zibilliyin qoxusu... Davamı..