Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Aprel 14:57
Şərh Yoxdur
77

Öz gələcəyin üçün bu cür tədarük gör

İmam Əli (ə) buyurmuşdur:

مَا تُقَدِّمْ مِنْ خَيْرٍ يَبْقَ لَكَ ذُخْرُهُ وَ مَا تُؤَخِّرْهُ يَكُنْ لِغَيْرِكَ خَيْرُهُ

“(Dünyada) öncədən göndərdiyin xeyirli əməllər sənin axirətin üçün saxlanılır, təxirə saldıqlarının faydası isə başqalarına çatır.”[1]

Müasir dövrümüzdə sərvət və maddi nemətlərə hədsiz tamah əvvəlki əsrlərə nisbətdə daha çox nəzərə çarpır. Həqiqətdə, bu çür rəftar heç bir əqli və məntiqi meyara əsaslanmır. Hədəf və məqsədi mal-dövlət və sərvət toplamaq olan belə şəxslər, ümumiyyətlə, onun hansı yolla əldə olunmasına əhəmiyyət və önəm vermir, eyni zamanda, topladıqları sərvəti tamamilə xərcləməyin qeyri-mümkünlüyünü dərk etmirlər. Sahibi öldükdən sonra ondan geridə qalan malların qiyamətdə məsuliyyət yükünə çevriləcəyi danılmaz reallıqdan başqa bir şey deyil. Nəticədə, min cür məşəqqət və zəhmətlə mal toplayıb sonunda ondan ayrılarkən məsuliyyət yükü altında qalmaq, həqiqətən də, ağılsızlıqdır. Belə məsələləri təfəkkür edərək dərindən düşünən insanlar xoşbəxtdirlər.

[1] “Nəhcül-bəlağə”, 69-cu məktub.

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Səccadın (ə) Həccin Sirrləri Barədə Gözəl Nəsihəti

İmam Səccad (ə) “Şibli” adlı şəxsə Həccdən qayıtdıqdan sonra buyurur: Miqata getdinmi? Bəli. Paltarını dəyişdinmi? Yəni tikişli paltarı çıxarıb, ehram geydinmi? Bəli.... Davamı..

Dünya və axirət qəmindən xilas olun

Abdullah atası Həsən Müsənnadan, o da atası İmam Həsəndən (ə), o da atası İmam Əlidən (ə), o da Həzrət Peyğəmbərdən (ə) belə... Davamı..

NƏFS ilə mübarizə yolları

NƏFS ilə mübarizə yollarından biri Ariflər və əxlaq ustadları yeməyi kontrol etməklə nəfsi kontrol etməyin mümkün olduğunu deyirlər: 1. Sevmədiyiniz və iştahanız... Davamı..

İki böyük məsuliyyət arasında

İmam Sadiq (ə) buyurmuşdur: اَلْمُؤْمِنُ بَيْنَ مَخَافَتَيْنِ ذَنْبٌ قَدْ مَضَا لا يَدْرِي ما صُنْعُ اللهِ فِيهِ وَ عُمْرٌ قَدْ بَقِيَ لا يَدْرِي... Davamı..

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..