Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Oktyabr 15:29
Şərh Yoxdur
4213

Səhər çağı istiğfar etmək haqda hədis və Quran ayələri

Allah Təala Quranda iki yerdə səhər çağı istixvar edənləri tərifləyir:

Səbirlilər, düzgünlər, baş əyənlər, infaq edənlər və səhər çağında bağışlanma diləyənlərdir“. (Ali İmran 17)

Və səhər çağı bağışlanma dilərdilər ” (Zariyat 18)

 

Səhər çağı oyaq qalmağın fəzilət bərəkətləri barəsində bir neçə hədisi nəql edirik:

1. Biharul Ənvarda mərhum Məclisdən rəvayət gəlmişdir. “Sizin Allaha dua etdiyiniz ən yaxşı vaxt səhər çağıdır” .[1]

2. Davud (ə) Cəbrail (ə)-dan ən yaxşı vaxtlar haqqında sual etdi, dedi: “Bilmirəm, ancaq hər gecə səhər vaxtı İlahi ərş hərəkətə gəlir“.[2]

3. Yeddinci İmam, hacətlər qapısı İmam Museyi Kazım (ə) səhər çağları belə münacat edərdi:

“İlahi, Sən öz endirdiyin kitabda buyurmusan: (Behişt əhli) Həmişə gecənin az bir hissəsini yatardılar və səhər çağları isiğfar edərdilər. And olsun Allaha, mənim yuxum azdır, səhər vaxtıdır və mən günahlarımdan ötrü istiğfar etməyə qalxmışam. Bir kəsin istiğfarı ki, nə özünün xeyr və ziyanına malikdir, nə də ölümü və həyatı öz ixtiyarındadır.” (Sonra İmam (ə) səcdəyə gedərdi.)[3]

4. Digər bir rəvayətdə gəlmişdir ki, üç dəstə İblis və onun qoşunun xətərindən amandadırlar:

1. O kəslər ki, Allah həmişə yadlarındadır.

2. O kəslər ki, Allah qorxusundan ağlayarlar.

3. O kəslər ki, Səhər çağları istiğaf edərlər.[4]

 

5. İmam Baqir (ə) səhər vaxtının əhəmiyyəti barəsində buyurur:

“Allah Təala dua edən mömin bəndələrini sevir. Sizə vəsiyyət olsun ki, səhər gün çıxana kimi namaz qılın, çünki bu vaxt asimanın qapılarının açıldığı, camaatın ruzisinin bölüşdürdüyü saatdır və camaatın mühüm hacətləri o saatda yerinə yetirilir”.[5]

 

Buna əsasən, kemiş mətləblərlə diqqət etməklə, hədis və rəvayətlərdən səhər və səhər çağı oyaq qalmağın əhəmiyyəti aşiqlərə aydın oldu, ancaq buna baxmayaraq camaatın çoxu gecə yarısı oyaq qalmağın ləzzət və səmərəsindən məhrumdurlar. Məkruh və təmbəllik gətirən vaxtda Fəcrin tülü etdiyi vaxtdan ta gün çıxana kimi yatırlar, Pərvədigərla razi-niyazda faydalana bilmirlər. Əlbəttə, səhər çağı oyaq qalmaq üçün vaxtında yatmaq və istirahət etmək kifayətdir. Ancaq gecənin yarısına kimi oyaq qalan şəxslərə səhər çağı oyanmaq müyəssər olmayacaqdır.

 

www.ahliman.info

[1]Biharul Ənvar Məclisi, c. 87, s. 208

[2]Müstədrəkül Vəsail, c. 2, s. 351

[3]Bihar. c. 87, s. 351

[4]Müstədrək, c. 12, bab 93, s. 351

[5]«Üsuli Kafi» c. 2, «Kitabud Dua» h. 1, s. 478

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..