Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Avqust 15:11
Şərh Yoxdur
1575

Dinimiz evin dar olmasını bəyənir, yoxsa geniş olmasını?

Müqəddəs İslam dininin nəzərinə görə, ən faydalı və ən yaxşı ev – o evdir ki, onun sakinləri orada rahat olarlar. Genişliyi elə olmalıdır ki, qonaqlar gələn zaman əziyyət çəkməyəsən. Ancaq eyni zamanda elə böyük olmalı deyildir ki, insanın şəninə uyğun olmasın və ürfün nəzərinə görə çox böyük hesab olunsun.

 

İmam Sadiq (ə) buyurur: “Hər kim sükunət ehtiyacından çox ev inşa edərsə, Qiyamət günü onu (həmin evi) daşımağa vəzifələndirilər”.

 

Dinimiz dar evləri bəyənmir və buyurur ki, insan elə evdə yaşamalıdır ki, onun üçün geniş və rahat olsun, dar olmasın. Hədislərin birində oxuyuruq ki, İmam Rza (ə) bir ev satın alır və davamçılarından birinə buyurur ki, o evə köçsün və sonra həmin şəxsə deyir: “Sənin evin dardır”.

Həmin şəxs deyir: “Bu evi atam inşa etmişdir”.

Həzrət (ə) buyurur: “Əgər sənin atan nadan idisə, bu, o deməkdir ki, sən də onun kimi olasan?”.

 

İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq ki, Həzrət (ə) buyurur: “Əgər mömin dünyada axirət ardınca olarsa, gərək özünə geniş ev hazır etsin. Orada qonaqlıq verib, sileyi-rəhm etsin. O evdə Allahın və insanların haqqını əda etsin”. (Beytutə/Deyerler)

 

Deməli, insan öz imkanına uyğun çalışmalıdır ki, evi kifayət qədər geniş olsun, amma eyni zamanda, ehtiyacdan artıq böyük olmasını da təqdir etmir və bunun axirətdə məsuliyyət yaradacağı barədə xəbərdarlıq edir. Əlbəttə ki, imkanı çatırsa. Əgər insanın maddi vəziyyəti ona yalnız kiçik ev əldə etməyə imkan verirsə, əlbəttə ki, bu, tam fərqli vəziyyətdir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..