Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Sentyabr 18:09
Şərh Yoxdur
5859

İnsan niyə tez ölür? Əcəlin növləri

Hər bir insanın həyatında inkarolunmaz bir həqiqət vardır ki, bu da ölümdür. Ölüm elə bir həqiqətdir ki, tez və ya gec insanın sorağına gələr. (Tebyan/Deyerler)

Əcəl o zamandır ki, gəlməyi ilə insanın ölümü gerçəkləşir. Ölümün növləri vardır ki, onlara nəzər salaq.

Din alimlərinin nəzərinə görə? insan ruhu bədənindən iki cür xaric olar: təbii ölüm və hadisə ilə olan ölümlə. Təbii ölüm bəzi insanların həyatında baş verir, insanların əksər hissəsi hadisə ilə ölürlər. Hansısa yol hadisəsi və ya xəstəlik kimi. Bu cür ölümü dində ixtirami ölüm adlandırırlar.

İxtirami ölümdə bədən nöqsanlı olduğu üçün ruh orada qala bilmir və ondan xaric olurAncaq təbii ölümdə ruhun kamilliyi son həddinə çatır və ona görə də bədən artıq onunla birlikdə ola bilmir. Bədənlə ruh arasına ayrılıq düşür və ölüm həyata keçir. Yetişmiş bir meyvəyə bənzəyir ki, bir əl dəyməklə yerə düşür.

Ruhun təbiəti belədir ki, əslində təbii ölümlə bu dünyadan getməlidir, ancaq çox əksər hallarda ruh təkamülünə çatmazdan əvvəl,bədən nöqsanlı olduğu üçün, onu tərk etməli olur.

Əcəlin də növləri vardır. Qəti olan əcəl və asılı olan əcəl. Qəti olan əcəl qəza və qədər nəticəsində həyata keçər və onun zaman və məkanını dəyişdirmək mümkün deyildir. Bu əcəl əgər kiminsə üçün gəlib çatıbdırsa, o, heç gözləmədən ölər. Ancaq asılı olan əcəl müxtəlif şərtlərdən asılı olaraq həyata keçər. Onun baş verməsinin dəlili, səbəblərin kamil olmamasıdır. Dini maarifə görə ölümlərin əksər hissəsi asılı ölümlə baş verir, qəti deyil.

Hər bir canlının ölüm zamanı Lövhi-Məhfuzda qeyd edilmişdir. Lakin həmin qəti əcəlin vaxtı çatmamış insanlar asılı əcəllərin vasitəsilə ölürlər. Asılı əcəl o ölümdür ki, ya ölümün zamanını təxirə salar, ya da qabağa atar. Hədislərimiz buyurur ki, insanların bir çoxu günaha və sileyi-rəhmi tərk etdiklərinə görə asılı əcəllə ölürlər.

Dinimizdə ömrü uzatmaq üçün bəzi təlimlər vardır ki, onlardan sileyi-rəhmi, günahı tərk etməyi, yetimlərin əlindən tutmağı, yoxsullara yardım etməyi misal göstərmək olar. Ona görə də deyə bilərik ki, bir baxışda hər kəsin ölümü sabit və müəyyən olunsa da, ancaq bəzi əməllərlə onu uzatmaq və ya qısaltmaq olur.

Adətən əcəl ilə ölüm arasında rabitə vardır və əgər insanın qəti əcəli gəlib çatıbdırsa, o, təbii ölümlə ölər. Yəni ruhu təkamül etdikdən sonra ölər. Ancaq asılı əcəl ani gəlib çatarsa, adətən ixtirami ölümə səbəb olar. İxtirami ölüm də bizim əməllərimizdən asılıdır.

Məsumların (ə) buyurduğu kimi, insanın ölümü adətən günahlarına görə tez gəlib çatar. Ona görə də gərək əməllərimizə diqqət edək ki, ixtirami ölümə və asılı əcələ düçar olmayaq.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..