Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Sentyabr 13:00
Şərh Yoxdur
14583

Həqiqi ixlası necə əldə edək?

İxlas – dinimizin ən mühüm göstərişlərindəndir. İbadətdə ixlaslı olmaq – ən vacib məsələlərdəndir. Yəni, əməlini hər cür pisliklərdən paklayasan. İnsanın gördüyü və etdiyi hər bir iş ancaq Allah rizası üçün olsun, qeyrisi üçün deyil. 

Əmirəl-möminin Əli (ə) Allaha belə buyurur: “Allahım! Sənə atəşin qorxusundan və ya behişt nemətlərinin cazibəsinə görə ibadət etmirəm. Səni pərətişə layiq bildiyim üçün Sənə ibadət edirəm”.

Əllamə Təbatəbai buyurur: “Allah üç yolla ibadət olunar: qorxu, ümid, eşq və məhəbbət. İnsanların bu yolları seçməkdə təbiətləri fərqlidir. Bəzi insanlara qorxu qələbə çalar, o zaman ki, Allahın günahkarlara edəcəyi əzablardan danışarlar fikrə gedərlər. Qorxuya və vəhşətə düşərlər. Ona görə də qorxu üzündən Allaha ibadət edərlər. Başqa bir dəstə isə behişt nemətlərinin cazibəsinə görə Allaha ibadət edərlər. Allaha eşq və məhəbbət üzündən ibadət etmək isə ibadətin ən xalis növüdür”.

İbadətdə ixlası ancaq sevgi yolu ilə əldə etmək olar. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Məgər dindarlıq sevgidən qeyrisidirmi?”. Yəni, mən Allahı sevdiyim üçün ibadət edirəm.

Ona görə də hər bir işin ixlaslı olması üçün orada İlahi sevgi olmalıdır. Bu cür pərəstiş növü həqiqətdə İlahi eşq və məhəbbət növüdür. Nə zaman ibadət eşq və məhəbbət üzündən olar – ibadət xalis olar.

İxlası əldə etmək istəyən hər bir insan gərək təkcə yaxşı əməlin savabına göz yummasın, özünün gördüyü yaxşı əməlləri də görməsin. Əllamə Təbatəbainin nəzərinə görə, ixlası əldə etməyin ən yaxşı yolu odur ki, insan gördüyü hər bir işdə Allaha sevgi bəsləsin. Misal üçün Allahı sevirəm, ona görə də Ona pərəstiş və ibadət edirəm.

İmam Sadiq (ə) ixlası əldə etmək haqqında buyurur: “Xalis əməl odur ki, Allahdan başqa heç kəsin səni ona görə tərifləməyini gözləməyəsən”.

Bəs nə edək ki, ixlası qoruya bilək?

 

1. İxlası qorumağın yollarından biri budur ki, özünə təlqin edəsən ki, Allahın sənin ibadətlərinə ehtiyacı yoxdur. Bizə verdiyi bu göstərişlərin hamısı ona görədir ki, kamala çataq, əbədi səadətimiz təmin edilsin.

 

2. İxlası qorumaq üçün, yaxşı əməli görməzdən əvvəl və sonra insan nəfsani istəkləri və şeytani vəsvəsələr ilə mübarizə aparmalıdır. Yəni, insan böyük cihadın – nəfslə mübarizənin səngərində olmalıdır. Saleh əməlinin şeytan tərəfindən məhv edilməsinə imkan verməməlidir. Niyyətinin ixlaslı olmasına diqqət etməlidir. Şeytan (lən) istəyir ki, insan yaxşı əməl edə bilməsin. Bu yolda məğlub olan zaman çalışar ki, həmin ixlaslı əməli xarab etsin.

 

3. İxlası qorumağın yollarından biri də budur ki, insan öz xeyir əməllərini unutmalıdır. Sanki onu yerinə yetirməmişdir. Ancaq öz nöqsanlarını həmişə yadında saxlamalıdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..