Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 İyul 11:30
Şərh Yoxdur
5106

İmam Əlinin (ə) ardıcılının xoşbəxt olması üçün 4 əməl

Hər bir insan öz dünyagörünüşünə görə xoşbəxtliyi təfsir edər. Bəziləri xoşbəxtliyi çoxlu sərvətdə, bəziləri məqamda, bəziləri məhəbbətdə və bəziləri də sağlamlıqda görürlər.

Bütün insanlar çalışırlar ki, xoşbəxt olacaqları şeyi hazır edə bilsinlər. O kəs ki, xoşbəxtliyi İlahi qürbdə görür, ona görə də mənəviyyat onun üçün əsl hədəf olar.

Bu insanlar üçün xoşbəxtlik o zaman həyata keçər ki, İlahi razılıq əldə olunar. Məsumlarımız (ə) bizə bu xoşbəxtliyə çatmağın yollarını tövsiyə edirlər.

 

1. Elmə əməl etmək. Əgər insan elminə əməl etməzsə, insanlıqdan və əxlaqdan uzaq olar. İnsan napak həyata tərəf meyl edər. Halbuki, hədislərimiz buyurur ki, əgər insan bildiklərinə əməl edərsə, xoşbəxt ola bilər. Necə ki, İmam Əli (ə) buyurur: “Elmə əməl edin ki, xoşbəxt olasınız”.

 

2. Tənbəllikdən uzaq olmaq. Bu dünyanın xüsusiyyətləri belədir ki, insan əgər zəhmət çəkərsə, dünya istəklərinə çata bilər. İnsan əgər səy göstərməzsə, maddi heç bir şeyə çata bilməz. Nəticədə də qəmgin və qüssəli olar. İnsan arzu etdiyi istəklərinə çata bilməyən zaman məğlubiyyət hiss edər. Bu hiss o qədər inkişaf edər ki, insan həyatdan ləzzət almaz. Xoşbəxtlik hissi aradan gedər. Ona görə də İmam Əli (ə) buyurur: “Rahatlıq, tənbəllik və xoşbəxtliyə çatmaq bir-birlərindən necə də uzaqdırlar”.

 

3. Alimlərlə yoldaş olmaq. İnsan hələ ki, fürsəti var, bilmədiklərini öyrənməyə cəhd göstərməli və qəflətdən, həyatın bər-bəzəyindən uzaq olmalıdır. Alimlərlə eyni məclislərdə olmaq və onların söhbətlərinə qulaq asmaq insanın gözünü açar. İnsan vaxtını batil işlərlə keçirtməz. İmam Əli (ə) buyurur: “Alimlərlə yoldaş olun ki, mübarək və xoşbəxt olasınız”.

 

4. Nəfsi mühasibə etmək. O kəs ki, əməllərini mühasibə edər, çalışar ki, daha çox İlahi əmrlərə əməl etsin. Bu insan hər an Allahın razılığını əldə etməyə çalışar. İmam Əli (ə) buyurur: “O kəs ki, nəfsini mühasibə edər, xoşbəxt olar”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..