Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Aprel 12:27
Şərh Yoxdur
2702

Naməhrəm qadınla kişi arasında riayət olunmalı mövzular

Dinimiz kamil din olduğu üçün, insanın və cəmiyyətin saədətinə ziyan gətirə bilən hər bir əməli insanlara tanıtmış və onları bu əməllərdən çəkindirmişdir. Cəmiyyətdə hüzur balansını qorumaq üçün naməhrəm qadınla kişi bəzi əməllərə diqqət etməlidirlər.

 

Müasir dövrdə bir çox qadınlar da cəmiyyətdə müəyyən mövqeyə malik olur, haradasa işləyir və fəaliyyət göstərirlər. Bəzən bu iş yerləri naməhrəm kişilərlə bir yerdə olur. Bu səbəbdən belə qadınlar gərək bəzi şərtlərə dəqiq əməl etsinlər.

 

Bu əməllər ilə tanış olaq:

 

1. Naməhrəmə toxunmaqdan qorunmaq. Burada fiziki fasilədən söhbət gedir. İstər əl vermək olsun, istər hər hansı digər təmas olsun və sair. Hədislərin birində oxuyuruq: “Nə zaman qadın əyləşdiyi yerdən qalxar, kişi orada əyləşməməlidir, məgər o halda ki, o yer soyuyar”.

 

2. İnsanların çoxluq təşkil etdiyi yerlərdən çəkinmək. Dinimiz qadınların ictimai məclislərdə iştirak etməsinin əleyhinə deyildir. Sadəcə buyurur ki, belə məclislərdə qadınla kişi arasında olan fasiləyə riayət olunmalıdır. Dinimiz buyurur ki, hətta əgər şəhərin çox cəmiyyəti olan hissəsindən keçən zaman belə, qadın divarın kənarından hərəkət etməlidir.

 

3. Naməhrəmlə xəlvətdə qalmamaq. Şeytanın (lən) ən böyük silahı o zaman işə düşər ki, qadınla kişi xəlvətdə qalar. Ona görə də mömin kişi və qadın hətta iş yerində belə, xəlvətdə qalmaqdan çəkinməlidir.

 

4. Rəftarlara diqqət etmək. Qadın zərif bir varlıq olduğu üçün, onun bədəninin hər bir hərəkəti təhrikedici ola bilər. Gözlərini süzdürməkdən tutmuş, bəzi jestlərə qədər. Yeriməyi, danışığı, gülməyi… bunların hamısı ictimai yerlərdə olan qadınların ən çox diqqət etməli mövzulardandır. (Hədənə/Deyerler)

 

5. Naməhrəmlə dostluq münasibətlərindən, zarafatlardan çəkinmək. Qurani-Kərim qarşı cinslə dost münasibətləri yasaqlayır.

 

Evlənməyin zəruriliyi barədə Müqəddəs Kitabımız buyurur: “Sizlərdən azad və möminə qadınlarla evlənməyə maddi imkanı olmayan şəxs, malik olduğunuz kənizlərdən cavan və möminə qızlarla evlənsin. Allah imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz (hamınız iman telləri vasitəsi ilə bir-birinizə bağlanmış bədənin üzvlərisiniz). Buna görə də sahiblərinin icazəsi ilə onlarla evlənin və mehriyyələrini zina əhli və gizlin aşnası olana deyil, namuslu olduqları təqdirdə gözəl bir tərzdə onlara ödəyin.

Beləliklə əgər bu qadınlar (kənizlər) evlənəndə(n sonra) çirkin işə (zinaya) mürtəkib olsalar, onların cəzası azad qadınlar üçün olanın yarısı qədərdir. (Kənizlə evlənməyə verilən) bu (icazə) sizin (subaylıq) məşəqqət(in)dən və (zinanın) zərər(in)dən qorxanınız üçündür. Sizin üçün səbir etmək daha yaxşıdır. Allah çox bağışlayan və mehribandır”. (“Nisa” 25).

 

6. Danışıq hərəminə riayət etmək. Cəmiyyətdə fəaliyyət göstərən qadın danışığına xüsusilə diqqət etməlidir. Qadın çalışmalıdır ki, səsi işvəli olmasın və naməhrəmi təhrik etməsin. Həmçinin bacardığı qədər naməhrəmlə söhbət etməkdən çəkinsə, onun üçün daha faydalı olar.

 

Allah Təala cəmi iman əhlini qırmızı xətlərə riayət edənlərdən qərar versin!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..