Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Dekabr 15:51
Şərh Yoxdur
3542

Həzrət Məsumə (s.ə) niyə Quma səfər edir?

İmam Kazımın (ə) əziz qızı olan Həzrət Fatimeyi-Məsumə (s.ə) o banulardan idi ki, Məsum İmamlar (ə) onun haqqında xoş sözlər demiş və məqamından xəbər vermişdilər.

 

İmam Sadiq (ə) buyurur: “Allahın hərəmi vardır və o, Məkkədir. Peyğəmbərin (s) hərəmi vardır – o, Mədinədir. Əmirəl-möminin (ə) hərəmi vardır və o, Kufədir. Behiştin 8 qapısı vardır ki, onun üçü Qumdandır. Bu şəhərdə mənim övladlarımdan olan xanım dünyadan gedəcəkdir. Onun adı Fatimədir, Musanın (ə) qızıdır. Onun şəfaəti ilə bütün davamçılarımız behiştə yollanacaqdır”.

 

Xanımın Quma səfəri ilə bağlı qeyd edilir ki, o xanım, İrana məcburi gətirilən əziz qardaşı Həzrət Rzanı (ə) görmək üçün gəlmişdir. Təəssüf ki, bu görüş baş tutmamışdır. Xanım Məsumə (s.ə) Savəyə çatan zaman xəstələnir və göstəriş verir ki, onu Qum şəhərinə aparsınlar. O Xanım (s.ə) bu şəhərdə də vəfat edir.

 

Əgər Xanımın (s.ə) yüksək ictimai məqamını nəzərə alsaq, görərik ki, onun İrana gəlməsi Məmunun (lən) hökumətini narahat etmişdir.

Çox təəssüf ki, Həzrət Məsumə (s.ə) bu səfərdə möhkəm xəstələnir və qardaşı ilə görüşü baş tutmayandan sonra Quma getməyi qərara alır. Çünki bu şəhərin gələcək mövqeyindən xəbərdar idi. Yaxşı bilirdi ki, bu şəhər gələcəkdə dini maarifin mərkəzinə çevriləcəkdir. (Həvzəh/Deyerler)

Xanımın (s.ə) ləqəblərindən biri Mühəddisə idi və bu da onun qeyb elmindən xəbərdar olmasını bir daha təsdiq edir.

Ona görə də deyə bilərik ki, xanımın İrana səfərinin əsil məqsədi qardaşı ilə görüşüb, ona Məmunun zülmündən yardım etmək olmuşdur.

Ancaq çox təəssüf ki, banu qardaşı ilə görüşməyə nail olmamış vəfat etmişdir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..

Misirli materialistlərdən biri mübahisə etmək məqsədilə Məkkəyə yollanır və İmam Sadiqlə (ə) görüşür. İmam (ə) “Suallarını ver”, – deyə buyurur.

Misirli materialistlərdən biri mübahisə etmək məqsədilə Məkkəyə yollanır və İmam Sadiqlə (ə) görüşür. İmam (ə) “Suallarını ver”, – deyə buyurur. Misirli susur.... Davamı..

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..