Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 İyul 13:37
Şərh Yoxdur
2538

Bərzəxdə şəfaət olacaqmı?

Şəfaət elə bir mövzudur ki, hər bir möminin ümid çırağına çevrilmişdir. Qiyamət günü ümidi onadır ki, Məsumların (ə) şəfaəti sayəsində insan İlahi imtahandan başı ucaçıxa bilsin. Şəfaət edən insanlar arasında Məsumların (ə) məqamı ən böyükdür.

 

Qurani-Kərim Qiyamət günü şəfaət verə bilənlər barəsində buyurmuşdur: (Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz]. (“Məryəm” 87).

 

Şəfaət elə bir nemətdir ki, ancaq Qiyamət günü möminlərə şamil olacaqdır, bərzəx aləminə aid deyildir.

 

İmam Sadiq (ə) bu haqda buyurur: “Bizim davamçılarımız, Peyğəmbərin (s) və Məsum İmamların (ə) şəfaəti ilə Qiyamət günü hamısı behiştlikdir. Ancaq Allaha and olsun ki, bərzəxdəki hallarından qorxuram”. Çünki bərzəxdə şəfaət yoxdur. (Beytutə/Deyerler)

 

Əlbəttə bərzəx aləmindəki hesab, sorğu-sual Qiyamət günündə olacağı kimi deyildir. Hədislərimizdən belə qənaətə gəlmək olur ki, Qiyamətlə müqayisədə daha asan olur və dərindən olmur. Bərzəx aləminin nemətləri və cəzaları da Qiyamətlə müqayisədə daha zəifdir.

 

Allah Təala Quranda buyurur: “Fironçuların (Bərzəx aləmində) hər səhər-axşam məruz qaldıqları həmin od! Qiyamət qopduğu gün isə «fironçuları ən şiddətli əzaba daxil edin» (deyiləcəkdir). (“Ğafir” 46).

 

Ona görə də bu ayədən də göründüyü kimi, bərzəx aləminin cəzası Qiyamətə çata bilməz. Çünki əsil İlahi məhkəmə Qiyamətə aiddir. Ancaq hər bir halda mömin bərzəxdəki halından qorxmalıdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..