Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 İyul 21:41
Şərh Yoxdur
5472

Bu gecə ayət namazı qılınmalıdır (Namazın qılınma qaydası və vaxtı)

Xəbər verildiyi kimi, iyulun 27-dən 28-nə keçən gecə Ay tutulması hadisəsi (xusuf) baş verəcək.

 

Bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlayacaq.

 

Tam tutulma 01:13-də sona çatacaq (yəni açılma başlanacaq).

Tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.

 

Müqəddəs şəriətimizin göstərişlərinə əsasən, bir sıra təbiət hadisələri zamanı, o cümlədən, Ay tutulması, Günəş tutulması, zəlzələ və bir sıra digər hallarda ayət namazı qılınmalıdır.

 

Bu gün Ay tutulması hadisəsinə görə, saat 22.24-dən etibarən ayət namazı qılınmalıdır. Tutulmağa başlanandan açılmağa başlananadək ayət namazı əda niyyətilə qılınır. Açılmağa başlayandan sonra isə (01.13-dən sonra) əda və qəza niyyəti etmədən qılmaq lazımdır. Tam açılandan sonra (02.19-dan sonra) isə qəza niyyətilə qılınır.

 

Yəni, kimsə müəyyən səbəblərdən bu arada qıla bilməsə, saat 02.19-dan sonra qəza niyyətilə qılmalıdır.

 

Ayət namazı 2 rükətdir, hər rükətdə 5 rüku var.

Ayət namazının bir neçə qılınma üsulu var. Onlardan ən sadəsi – hər rükuda 1 dəfə “Həmd” (“Fatihə”) surəsini oxumaq, sonra hansısa surəni 5 yerə bölməklə qılmaq üsuludur. Bölünən surəni ayələrə bölmək vacib deyil. Bir ayəni bir neçə hissəyə bölmək də olar. Aşağıda misal olaraq, “İxlas” surəsinin bölünməsi ilə qılınma qaydasını təqdim edirik.

 

Niyyət müəyyən edilir. Sonra təkbir (“Əllahu əkbər”) deyilir. “Həmd” surəsi oxunur. Sonra deyilir: “Bismilləhir-Rahmənir-Rahim. Qul huvəllahu əhəd”. Sonra rükuya gedilir (1-ci rüku).

 

Rükudan qalxıb, deyilir: “Əllahus-saməd”. Sonra rükuya gedilir (2-ci rüku).

 

Rükudan qalxıb, deyilir: “Ləm yəlid”. Sonra rükuya gedilir (3-cü rüku).

 

Rükudan qalxıb, deyilir: “və ləm yuləd”. Sonra rükuya gedilir (4-cü rüku).

 

Rükudan qalxıb, deyilir: “Və ləm yəkul-ləhu kufuvən əhəd”. Sonra rükuya gedilir (5-ci rüku).

 

Sonra səcdəyə gedilir, hər namazdakı kimi, 2 səcdə yerinə yetirilərək, 2-ci rükəti qılmaq üçün ayağa qalxılır.

 

2-ci rükət də eynilə birinci kimi qılınır. 5 rükudan sonra 2 səcdə yerinə yetirilir, sonra təşəhhüd və salam verilərək, namaz bitirilir.

 

Gündəlik namazlarda müstəhəb olan şeylər, ayət namazında da müstəhəbdir.//Deyerler.org

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..