Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 İyul 17:01
Şərh Yoxdur
4058

İnsanın heyvana çevrilə bilməsi barədə Quranda nə deyilib?

“Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik.

Beləliklə, elə ki, onlara verilən öyüd-nəsihəti unutdular, Biz pis işdən çəkindirənləri xilas etdik, zülm edənləri isə itaətsizliklərinə görə ağır bir əzaba düçar etdik. Beləliklə, elə ki, çəkindirildikləri şeydən boyun qaçırdılar, onlara «meymunlar və qovulmuşlar olun!» dedik (qəti iradə ilə surətlərinin meymun şəklində, ruhlarının isə xar və rəhmətdən uzaq olmasını istədik və elə də oldular)”. (“Əraf” 163-166).

 

“Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!» (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular). (“Bəqərə” 65).

 

Təfsirçilərin nəzərinə görə, burada söhbət Bəni-İsrayildən gedir ki, onlara şənbə günü balıq ovu qadağan edilmişdi. Ancaq buna baxmayaraq, onların bəziləri gizlin şəkildə şənbə günü balıq ovu ilə məşğul olur və sərvətlərini artırırdılar. Çünki balıqlar şənbə günü başqa günlərdən fərqli olaraq, daha çox suyun üzərinə çıxırdılar. Allah Təala da onları bu əmrə itaətsizlik etdikləri üçün cəzalandırmış və onları meymun, donuz və başqa heyvanlar şəklinə salmışdır.

 

Ancaq bu dəyişmə başqa dinlərdə deyilən dəyişmələr kimi olmamışdır.

Onların bədəni dəyişmişdir, ruhları isə olduğu kimi qalmışdır.

 

Əllamə Təbatəbai buyurur: “Məsx olmuş insanlar o insanlar idilər ki, insani ruhları qorunmuş, zahirən isə dəyişmişdilər”.

 

Hədislərimiz bu barədə nə deyir?

İmam Əli (ə) buyurur: “Bir gün Peyğəmbərdən (s) əvvəl insan olmuş, sonra bəyənilməyən əməllərinə görə məsx olanlar barəsində sual verdim. Həzrət (s) buyurdu: “Məsx olmuş heyvanlardan biri qara qurd və o birisi əqrəbdir. Qara qurd dostları arasında söz gəzdirən idi. Söz gəzdirmək yolu ilə aralarına ayrılıq salırdı. Əqrəb isə söyüş söyən insan idi ki, heç kəs dilindən rahat deyildi””. (Beytutə/Deyerler)

 

İmam Sadiq (ə) buyurur: “Əqrəb – eyib axtaran, tənə vuran, söyüş söyən insan idi ki, Allah onu əqrəbə çevirmişdir”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..