Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Dekabr 09:01
Şərh Yoxdur
4341

Hüsnü-zənnin insana verdiyi 10 bərəkət

Hüsnü-zənn cəmiyyətdə rabitələrə müsbət təsir qoyduğu kimi, özü ilə çox sayda bərəkət gətirir. İslam dini istəyir ki, cəmiyyətdə kamil şəkildə əmin-amanlıq təmin olunsun. Yəni, həm əməl baxımından və həm də fikir və düşüncə baxımından başqaları tərəfindən qəbul olunsunlar.

 

Hüsnü-zənnin gətirdiyi bərəkətlərlə tanış olaq:

 

1. Məhəbbəti cəlb etmək. İmam Əli (ə) buyurur: “İnsanlara qarşı nikbin olmaq – onların dostluq və məhəbbətinə səbəb olar”.

 

2. Rahatlıq və əmin-amanlıq. Hüsnü-zənn insana ruhi və psixoloji rahatlıq və hüzur gətirir. İmam Əli (ə) buyurur: “Nikbinlik insanın qəmini azaldar və günahın ağırlığından xilas edər”.

 

3. Qəlbin pak və səfalı olması. Həzrət Peyğəmbər (s) buyurur: “Mömin qardaşlarınıza gümanlarınızı yaxşı edin. Çünki möminə hüsnü-zənn etmək – qəlbin saflığına və paklığına səbəb olar”.

 

4. Xəstəliklərdən amanda qalmaq. Mütəxəssislərin nəzərinə görə, o kəslər ki, həyata nikbin baxışlarla baxırlar, onlar həm sağlam olur və həm də uzun ömür yaşayırlar.

 

5. Günahdan çəkinmək. İmam Əli (ə) buyurur: “Xoşgümanlı olmaq günah ardıcılı olana nicat verər”.

 

6. Ruhu sağlam olar. Nikbin insanlar başqalarının rəftar və sözlərini həmişə yaxşı tərəfə yozduqları üçün, çox az iztiraba və depressiyaya düçar olurlar.

 

7. Niyyətin yaxşı olması. İmam Əli (ə) buyurur: “O kəs ki, xoşgüman olar – niyyəti yaxşı olacaqdır”.

 

8. Çox rahat insandır. İmam Əli (ə) buyurur: “O kəs ki, xoş gümanlı olar – asanlıq edər”. Yəni, bu şəxs bir çox həssaslıqdan və çətinlik etməkdən çəkinən insandır.

 

9. Bir-birinə etimad etmək. Cəmiyyətdə ən mühüm amillərdən biri də bir-birinə etimad etməkdir. Hüsnü-zənn bu etimadı gücləndirər.

 

10. Etimadı cəlb etmək. Etimadı cəlb etmək – həyatda lazımlı və zəruridir. Etimadın yaranması üçün isə hüsnü-zənn mühüm amillərdəndir.

Allah Təala bizləri hüsnü-zənn əhlindən qərar versin!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..