Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Yanvar 10:31
Şərh Yoxdur
3025

İbadət edənlərin 3 dəstəsi

Bəndəlik edən insanların ibadəti üç qismə bölünür

1. Qulların ibadəti. Bu qisimdən olan bəndələr cəza qorxusundan ibadət edirlər. Yəni, Allaha itaətin vacib olduğunu düşünürlər, lakin məqsədləri cəhənnəm əzabından qorunmaqdır. Məsələn, əgər bu insanlar heç bir cəza olmayacağına əmin olsaydılar, ibadət etməzdilər. Bu qisim insanların ibadətinə “qulların ibadəti” deyilir.

2. Tacirlərin ibadəti. Bu qisim insanların məqsədi yalnız mükafat əldə etməkdir. Sanki Allahla müamilə edir, ibadətlərinin müqabilində Cənnəti alırlar. Onların ibadəti “tacirlərin ibadəti” adlanır. Əlbəttə, bu iki qismin heç biri pis deyil. Cahil insanlarla müqayisədə bu qisimdən olan insanlar tərifəlayiqdir. Quran da uyğun yol və məqsədlərdən istifadə edir:

“Ağacları altından çaylar axan cənnətlər.”17

Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?”18

“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını satın almışdır.”19

“Sizi Cəhənnəmə nə saldı? Belə cavab verəcəklər: “Biz namaz qılanlardan deyildik.”20

“Pərvərdigara! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı daimidir.”21

İnsanları ibadətə sövq etmək üçün onları müjdələyən və ya qorxudan bu kimi ayələr çoxdur.

 

3. Azad şəxslərin ibadəti. Bu qisimdən olan bəndələr yalnız Allaha təşəkkür etmək və Onu sevdikləri üçün ibadət edirlər. Fərz etsək ki, Cənnət və Cəhənnəm yoxdur, onlar yenə də ibadət edəcəklər. Belə insanların ibadətinə “azad şəxslərin ibadəti” deyilir. Əgər insan həqiqəti anlayarsa, nemət verənin qarşısında təvazökarlıq edər və mükafat ummaz. Əgər təşəkkür və qiymət vermək hissi güclü olarsa, Allahın həyat, varlıq, hidayət və sair nemətlərdə onun üzərində haqqı olduğunu anlayar. Bu isə insanın
Allah qarşısında ibadət etməsinə kifayətdir. Məhəbbət və ya təşəkkürü bildirməklə qılınan iki rükət namaz mükafat ümidi və ya əzab qorxusu səbəbindən qılınan min rükət namazdan üstündür.

 

www.ahliman.info

17 “Bəqərə” surəsi, ayə 25.
18 “Səff” surəsi, ayə 10.
19 “Tövbə” surəsi, ayə 111
20 “Muddəssir” surəsi, ayə 42-43.
21 “Furqan” surəsi, ayə 65.

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..