Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Noyabr 13:37
Şərh Yoxdur
3813

Rəbiəl-əvvəl ayında bərəkətlərdən qafil olmayaq

Məhərrəm və Səfər ayı bütün cilvəsi və gözəlliyi ilə arxada qaldı. İndi bərəkətlə dolu Rəbiəl-əvvəl ayına qədəm basmışıq.

Rəbiəl-əvvəl ayı adından da göründüyü kimi ayların baharıdır. Bu ay İlahi rəhmətlə dolu bir aydır. Bu ayda Allahın bərəkəti və nurani gözəlliyi yerə enər, çünki bu ayda aləmlərin sərvəri olan Həzrət Peyğəmbər (s) dünyaya gəlmişdir. (Tebyan/Deyerler)

“Rəbiəl” sözü bahar, xoş və xürrəm deməkdir. Rəbiəl sözü ilə başlayan aylarda bahar gələr, bitkilər cücərər, hər yer yaşıllaşar və xürrəm olar.

Bu ayda baş verən mühüm hadisələr arasında: Leylətul-məbit, Peyğəmbərin (s) hicrəti, merac gecəsi, Həzrətin (s) Mədinəyə daxil olması, İmam Cəfər Sadiqin (ə) mövludu, Həzrət Peyğəmbərin (s) mövludu, Həzrət Əlinin (ə) imamətliyinin əvvəli, Peyğəmbərin (s) Xanım Xədicə (s.ə) ilə evliliyi, Həzrət Məsumənin (s.ə) Quma daxil olması kimi fövqəl önəmli tarixləri qeyd etmək olar.

Bu ayda çox ağrılı hadisələr də olmuşdur, o cümlədən: vəfatdan sonra vəhy ailəsinə edilən hücum, İmam Həsən Əsgərinin (ə) şəhadəti, Həzrət Səkinənin (s.ə) vəfatı kimi.

Tövsiyə edilir ki, Rəbiəl-əvvəl ayının ilk günündə oruc tutulsun, Peyğəmbər (s) və Əmirəl-möminin (ə) ziyarət edilsin.

Səkkizinci günündə İmam Həsən Əsgərini (ə) və Sahibi-Əmri (ə.f) ziyarət etmək.

Doqquzuncu günü hər kim bir şeyi infaq edərsə, Allah günahlarını bağışlayar. Bu gündə tövsiyə edilir ki, din qardaşlarına yemək süfrəsi verilsin, möminlər sevindirilsin, yeni paltar geyinilsin, Allah Təalaya şükür edilsin. Bu gün qəmin aradan getdiyi gündür, çox şərəfli gündür.

On ikinci günü əhli-təsənnün mənbələrinə görə Peyğəmbərin (s) mövlud günüdür və müstəhəbdir ki, həmin günü iki rükət namaz qılasan və birinci rükətdə “Həmddən” sonra üç dəfə “Kafirun” və ikinci rükətdə isə üç dəfə “İxlas” surəsi oxunsun.

On yeddinci gününə aid müstəhəb əməllər:

1. Qüsl.

2. Oruc. Hədislərimiz buyurur ki, hər kim bu günü oruc tutar, Allah ona bir il orucun savabını yazar.

3. Həzrət Peyğəmbəri (s) yaxından və uzaqdan ziyarət etmək.

4. Əmirəl-möminini (ə) ziyarət etmək.

5. O zaman ki, gün çıxar, iki rükət namaz qılmaq. Hər rükətdə “Həmddən” sonra on dəfə “Qədr”, on dəfə “İxlas” surəsini oxumaq. Salam verdikdən sonra Allahummə əntə Həyyul-Latəmut duasını oxumaq.

6. Müsəlmanlar bu günün hörmətinə xeyir işlər görməli, mömini sevindirməli, ziyarətlərə getməlidir. Çünki Həzrət Muhəmmədin (s) doğum günü – ən fəzilətli və əzəmətli tarixlərdəndir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..