Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Sentyabr 13:35
Şərh Yoxdur
16303

Hər kimdə bu üç şey olarsa, imanın dadını bilər

Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, hər kimdə bu üç şey olmazsa imanının dadını hiss etməz: Allah Təalanın haram buyurduğu şeylərdən onu saxlayan pəhriz, cahilin cəhlini geri qaytaran mülayimlik, xəlq ilə mehriban olmağa səbəb olan gözəl xasiyyət”.

 

Həzrət (s) buyurur ki, hər kimdə bu üç şey olmazsa, imanın dadını hiss etməz. Yəni, bu üç sifət olmazsa, yəqini qüvvətlənməz və imanı zəif olar. Əgər fasiq insan olarsa, insanlara qəzəblənərsə və hər istədiyini edərsə – bu insan imanın dadını hiss edə bilməz. (Həvzəh/Deyerler)

 

Allah Təala Öz səma Kitabında həqiqi imana malik olanları mədh edərək, buyurmuşdur: “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət), Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Maidə” 54).

 

Lakin o kəs ki, həm mömin və həm də kafir ilə eyni cür rəftar edər – onun da imanı kamil olmaz. Çünki əmr-be-məruf və nəhy-əz-munkəri unutmuş olar. Süfyan Suri buyurur: “Əgər bir alimi görsən ki, həm yaxşı və həm də pis qonşuları onu sevirlər, bil ki, o, ikiüzlüdür. Yəni, əgər haqqı deyən olsaydı, pislər onu sevməzdilər”.

 

Ona görə də həqiqi mömin gərək Peyğəmbərin (s) tövsiyə etdiyi bu üç sifətə diqqət etsin və eyni zamanda mömin ilə kafir arasındakı rəftarına da fərq qoya bilsin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..