Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Dekabr 09:41
Şərh Yoxdur
22412

Ey Əli! Qorxaqla məşvərət etmə ki, müşkülün həll yolunu sənə dar edər. Simic və həris adamla məşvərət etmə ki…

“Öz Rəbblərinin çağırışına cavab verib namaz qılanlar və işləri öz aralarında bir-birilə məsləhətləşmək olanlar onlara verdiyimiz ruzidən bəxşiş edərlər” [1]

 

İmam Əli (ə) məsləhət-məşvərət etmək haqda buyurmuşdur:

“Məşvərət etmək (doğru) yol tapmağın gözüdür. Öz rəyi və fikri ilə kifayətlənən şəxs özünü təhlükəyə atmışdır.” [2]

“Məşvərət kimi (möhkəm) dayaq yoxdur.”[3]

“Məşvərət etmək tövsiyə və təşviq olunmuşdur, Çünki məsləhət verənin rəyi (şəxsi qərəzlərdən) pak, məşvərət edənin nəzəri (şəxsi gərəzlər və mənfi istəklərlə) qarışmışdır.”[4]

“Yalançı ilə məşvərət etmə. Çünki yalançı ilğım kimi uzağı sənə yaxın və yaxını uzaq göstərəcək.”[5]

 

Həzrət Məhəmməd (s) buyurmuşdur: “Ey Əli! Qorxaqla məşvərət etmə ki, müşkülün həll yolunu sənə dar edər. Simic adamla məşvərət etmə ki, səni məqsədindən çəkindirər. Həris adamla məşvərət etmə ki, hərisliyi sənin nəzərində gözəl göstərər.” [6]

 

İmam Sadiq (ə) buyurmuşdur:

“Məşvərət onun dörd həddindən qeyri bir halda baş tutmaz:  birinci hədd budur ki, məşvərət etdiyin ağıllı olsun, ikincisi azad və dindar olsun, üçüncüsü dost və qardaşcanlı olsun. Dördüncü isə budur ki, öz şirrini ona deyəsən, o da özün bildiyin qədər həmin sirdən agah olsun və onu gizlətsin, heç kəsə deməsin.”[7]

“Məsləhət edənin haqqı budur ki, yol göstərməkçün bir fikrin varsa ona yol göstərəsən və bir məlumat olmasa da, bu sahədə məlumatı olanın yanına göndərəsən.” [8]

“Kim öz (din) qardaşı ilə məsləhətləşəndə həmin adam ona xalis niyyətlə yol göstərməsə, Allah onun düşüncəsini əlindən alar.” [9]

 

www.ahliman.info

[1] Şura, ayə 38

[2] Nəhcül-Bəlağə, hikmət 211

[3] Nəhcül-Bəlağə, hikmət 54

[4] Ğurərul-Hikəm,hədis 3908

[5] Ğurərul-Hikəm,hədis 10351

[6] İləluş-Şəraye,səh. 559, hədis1

[7] Məkarimul-Əxlaq c.2, səh.98 , hədis2280

[8] əl-Xisal,səh. 590, hədis1

[9] əl-Məhasin, c.2, səh 438, hədis2521

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..