Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 May 15:03
Şərh Yoxdur
3043

Axirətimizi məhv edən kiçik günahlar

Bəzi insanlar vardır ki, hesab-kitabları çox dəqiqdir. Onlar pullarını elə xərcləyirlər ki, başqlarına möhtac olmasınlar. Hər bir işlərində nəzm vardır. Bu insanların boş vaxtı yoxdur və yersiz sözlərə qulaq asmazlar və yersiz iş görməzlər.

Bir çoxlarımız bu cür insanları görən zaman onları tənqid edirik. Deyirik ki, belə yaşamaq olar?! Bir qədər də həyatdan ləzzət al, axı bu dünyaya bir dəfə gəlirsən. Halbuki, bu insanların bütün fikirləri odur ki, bir dənə ölçüsündə olan ruziləri belə, hədər getməsin, israf etməsinlər.

Allah Təala buyurur ki, siz gərək özünüzə nəzarət edəsəniz. Çünki, Mənim hesab-kitabım sizinkindən daha dəqiqdir. “(Loğman dedi:) «Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır»”. (“Loğman” 16).

Bu ayənin təfsirində oxuyuruq: “Xardal elə bir bitkidir ki, dənəsi qaradır. O qədər kiçikdir ki, hər bir atalar sözündə ondan istifadə olunur. Bu ayə buyurur ki, əməlləriniz hətta bir xardal dənəsi qədər kiçik olsa belə, Allahdan gizli deyildir. Allah bu əmələ görə də insana mükafat və ya cəza verər. Bu dünyada heç bir şey itməz və gizli qalmaz”.

Bu ayədən çıxartdığımız nəticəyə görə insan hətta kiçik günahlardan da çəkinməlidir. Əxlaq kitabları da bizə bunu tövsiyə edir ki, günahın kiçik olmasına baxmayın. Bu günahlar sizə qorxulu aqibət gətirə bilər. İnsan Qiyamət günü elə böyük günahla rastlaşar ki, bu kiçik günahların toplanmasından yaranmışdır. Əməl dəftərində onlar qeyd olunar. İmam Baqir (ə) buyurur: “Dəyərsiz hesab etdiyiniz günahlardan çəkinin, çünki onlar da hesaba çəkiləcəkdir. Sizlərdən biriniz deyirsiniz ki, günah edirəm və bağışlanma da istəyirəm. Allah Təala buyurur: “O şeyi ki, əvvəlcədən göndərmisən, nəticəsini yazacağıq. Hər bir şeyi Böyük İmama (əməl dəftərinə) yazarıq””.

İmam Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Allah bəndələri! Özünüzü ölçün, sizi ölçmədən əvvəl. Hesabınızı çəkin, hesabınızı çəkməzdən əvvəl. Boğaz yolunuz tutulmazdan əvvəl rahat nəfəs alın. Sizi zorla itaətə vadar etməzdən əvvəl itaətkar olun. Bilin, həqiqətən o kəs ki, özünə yardım etməz və özünə xəbərdarlıq edən olmaz, başqası ona xəbərdarlıq və nəsihət edən olmaz”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..