Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Yanvar 14:57
Şərh Yoxdur
4021

Allahın ən çox bəyəndiyi əməllər

Bütün peyğəmbərlər (ə) Allahın elçiləri olub, Onun əmr və göstərişlərini ən gözəl şəkildə yerinə yetirməyə səy göstərən məsum insanlar olmuşdular. Allah bəzən bütün peyğəmbərlərə (ə) xitab edir, bəzən də bəzilərinə.

Quran dili ilə desək, Allahın peyğəmbərlərə (ə) ən çox tövsiyə etdiyi əməllər bunlardır: əfv etmək, güzəşt etmək, yersiz intiqamdan çəkinmək, qəzəbi yatızdırmaq, başqalarına yaxşılıq etmək, infaq, sədəqə, yetimlərin, yoxsulların və zəiflərin haqqına riayət etmək, insanların arasını düzəltmək, sülhə və barışa, vəhdətə dəvət etmək, düz yolda hərəkət etmək, əmr-be-məruf və nəhy-əz-munkər etmək, ağıllı və bəsirətli insanlarla məsləhətləşmək, qonşu, dost və əlinin altında olanların haqqına riayət etmək, ədalətlə hökm çıxartmaq, qonaqlıq haqqına riayət etmək, xeyir və ehsan işlərə təşviq etmək, əsirlərin, qulların haqqına riayət etmək, zülm və təcavüzdən çəkinmək…

Qüdsi hədislərdə də peyğəmbərlərə (ə) verilən bəzi tövsiyələrə rast gəlirik ki, onlardan bir neçəsinə nəzər salaq:

1. Müti olmaq. Allah Təala Qüdsi hədisdə buyurur: “Ey Əhməd! Müti ol, günahdan çəkin və özünü fəsaddan qoru. Çünki mütilik – dinin başı, dinin ortası və dinin sonudur. Şübhəsiz ki, mütilik insanı Böyük Allaha yaxınlaşdırar”.(Erfan/Deyerler)

İmam Sadiq (ə) buyurur: “Təqvalı olun, günahdan çəkinin, danışanda doğru danışın, əmanəti əda edin, mədə və şəhvətinizi haramdan qoruyun”. Əgər insan həyatının bütün sahələrində Allahın mütisi olarsa, Allaha yaxınlaşar və günahdan çəkinər.

2. Möhtaca və yoxsula ehtiram göstərmək. Allah Təala Həzrət Musaya (ə) buyurur: “Yoxsulun arzusuna (istəyinə) – əgər malın olmasa – gözəl şəkildə rədd etməklə və ya az miqdarda mal verməklə ehtiram qoy və onu əziz tut”.

İmam Sadiq (ə) buyurur: “Mal – Allahın malıdır. Onu xəlq etdiklərinin yanında əmanət qoymuşdur və onlara əmr etmişdir ki, o maldan mötədil şəkildə, ifrat və təfrit etmədən yesinlər, içsinlər, geyinsinlər, evlənsinlər və miniyə minsinlər. Ona görə də o kəs ki, malı sərf edən zaman mötədil həddi aşarsa, o qədər ki, ondan yeyər və ona minər – haramdır”.

İmam Əli (ə) buyurur: “Ən pis mal – o maldır ki, ondan Allah yolunda infaq olunmaz və zəkatı ödənməz”.

3. Allaha yaxınlaşmaq mənbəyi. İmam Sadiq (ə) buyurur: Allah Təala Musaya (ə) vəhy edir: “Şübhəsiz ki, bəndəni Mənə üç şey kimi (heç bir şey) yaxın etməz”. Musa (ə) soruşur ki, o üç şey nədir? Allah buyurur: “Zahidlik və dünyaya laqeydlik, günahdan çəkinmək, Mənim qorxumdan ağlamaq”.

Musa (ə) deyir: “Bəs o kəs ki, bu üç həqiqəti yerinə yetirir, (əcri nə olacaqdır)?”.

Allah buyurur: “Behiştdə hər bir işin hökumətini zahidlər üçün qərar verərəm. Bütün insanların əməllərini hesaba çəkərəm, ancaq günahdan çəkinənlərin əməl dəfərini təftiş etmərəm.

Ağlayanlar Əladadırlar, heç kəs bu məqamda onlara şərik olmaz”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..