Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Dekabr 10:03
Şərh Yoxdur
4503

Öz süfrəsinə varlıları qonaq edən və yoxsulları çağırmayan şəxsin dəvətini qəbul etmək məkruhdur

Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurmuşdur: “Allaha və qiyamət gününə iman gətirən şəxs öz qonağına hörmət etməlidir.”[1]

Qonaq öz ruzisini gətirər və ev əhlinin günahlarını aparar.[2]

“Yemək verən şəxsin ruzisi və yeməyi, onunçün bıçağın dəvənin hörgücünə batmasından daha sürətlə gəlib çatar”[3]

Qonaq gəlməyən evə mələklər daxil olmaz.[4]

 

İmam Əli (ə) buyurub: “Allah kimə sərvət versə, onunla öz qohumlarına kömək əlini uzatmalı və qonaqpərvərlik etməlidir[5]

«Biharul-ənvar»: Bir gün İmam Əlini (ə) qəmli halda gördülər. Səbəbini soruşanda Həzrət(ə) buyrdu: “Yeddi gündür ki, evimizə bir qonaq gəlməyib.”[6]

 

Qonaqlığa layiq olanlar

Həzrət Məhəmməd (s) buyurub: “Allaha xatir sevdiyin şəxsi öz yeməyinə qonaq et.”[7]

“Öz süfrəsinə varlıları qonaq edən və yoxsulları çağırmayan şəxsin dəvətini qəbul etmək məkruhdur.”[8]

 

Möminin dəvətini qəbul etməyə həvəsləndirmək

Həzrət Məhəmməd (s) buyurub: “Öz ümmətimdən burada olanlara və olmayanlarına tövsiyə edirəm ki, müsəlmanın dəvətini beş mil məsafədən olsa da, qəbul etsinlər. Çünki bu iş dinin bir hissəsidir.”[9]

“Kişinin, bir qonaqlığa dəvət olunduqda dəvəti qəbul etməməsi və yaxud qəbul edib, amma yemək yeməməsi ədəb­siz­likdir.”[10]

Həzrət Peyğəmbərimiz (s) Əbuzərə nəsihətində buyurur: “Fasiq (günahkar) insanların yeməyindən yemə.”[11]

 

www.ahliman.info

[1] Camiul-Əxbar, səh. 377, hədis1053

[2] Biharul-Əvnar, c.75, səh. 461, hədis14

[3] əl-Məhasin, c.2, səh.147 , hədis1388

[4] Camiul-Əxbar, səh. 378 , hədis1058

[5] Nəhcül-Bəlağə, xütbə 142

[6] Biharul-Əvnar, c.41, səh. 28 , hədis1

[7] Kənzul-Ummal, səh. 25881

[8] əl-Dəvat, səh.141 , hədis358

[9] Məhasin, c.4, səh.180 , hədis151

[10] Qurbul-İsnad, cəh.160, hədis583

[11] Biharul-Ənvar, c.77, səh. 84 , hədis3

Digər “Mənəviyyat ” Xəbərləri

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..