Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Aprel 22:33
Şərh Yoxdur
3032

Arzulara çatmağın 4 yolu

Qurani-Kərim bizlərə arzularımıza çatmaq üçün 4 yol tövsiyə edir.

1. Ümid.

Allah bəndələrinə istəklərinə çatmaq üçün ümid yolunu tövsiyə edir. Allah Təala buyurur ki, gərək bəndə hər bir halda ümidvar olsun. Heç bir zaman İlahi rəhmətdən ümidsiz olmasın. Çünki ümid insanın kamala doğru hərəkət amilidir. O zamana qədər ki, insan ümidsiz olar, təkamülə tərəf hərəkət etməz. Quran buyurur ki, ümid insan ruhiyyəsini elə tərbiyə edir ki, çətinliklər onun üçün asan görünür. İnsan bir əməl görən zaman stimula malik olmalıdır. Əməl və iş hər nə qədər çətin olarsa, gərək insan ondan daha çox nəticələr və bəhrələr əldə edəcəyinə ümid bəsləyərək, bu işə qalxsın.

“Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın”. (“Kəhf” 110).

Ümid insanda elə bir rahatlıq hissi meydana gətirər ki, insan hədəfinə çatmaq üçün daha yaxşı yollar tapar. (Tebyan/Deyerler)

 

2. Təvəkkül.

İkinci həll yolu – təvəkküldür. Din insanda təvəkkül hissini yaradır. Biz müsəlmanlara öyrədir ki, bütün işlərimizdə Allaha təvəkkül etməyi bacaraq. İslam dini bu yolla insana elə bir dayaq qərar verir ki, Quran kitabında Qadir, Əziz, Qahir… adları ilə məşhurdur. O kəsdir ki, hər bir qeyri-mümkünü mümkün edər. “Əgər imanınız varsa yalnız Allaha təvəkkül edin”. (“Maidə” 23).

“Kim Allaha təvəkkül etsə, O ona kifayət edər”. (“Təlaq” 3).

 

3. Təfəkkür.

Sonrakı yol – sağlam təfəkkürdür. Quran buyurur: “O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru»”. (“Ali-İmran” 191). Təfəkkür insanın arzusu ilə olan fasiləsini qısaldar. Ona bu arzusuna çatmaq üçün ən qısa və ən düzgün yolu göstərər.

 

4. Dua.

Allah Təala Özü ilə bəndələrinin rabitəsinə çox əhəmiyyət verir. Onları davamalı olaraq dua etməyə dəvət edir. Baxmayaraq ki, hər bir insanın qəlbində olandan agahdır, ancaq bəndələrinə olan əlaqəsi və sevgisi o qədər şiddətlidir ki, istəyir ki, bəndələri Onunla söhbət etsinlər. İstəklərini Allaha bildirsinlər. “Əgər dualarınız olmasaydı, mənim Pərvərdigarım sizə etina etməzdi”. (“Furqan” 77).

Bunu da qeyd etmək lazımdır ki, əgər insan bir şeyi istəməsə, həmin işi görməyəcəkdir. Bu bizik ki, gərək arzularımız üçün hərəkət edək.

Allah Təala bizləri düzgün arzusu olanlardan və bu arzuyz düzgün yollarla nail olanlardan qərar versin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

 Həzrət Xədicənin vəfatı ili və günü barədə fərqli fikirlər var.

Lakin daha çox məqbul edilən fikir budur ki, o həzrət Məhəmməd Peyğəmbərin (s) peyğəmbərlik məqamına çatmasından yəni “besət” hadisəsindən 10 il sonra... Davamı..

Mübarək Ramazan ayının birinci gecəsinin əməlləri və duaları

Mübarək Ramazan ayının birinci gecəsinə məxsus əməllər və dualar aşağıdakılardan ibarətdir: 1. Ayın çıxmasını izləmək və gözləmək; 2. Ayı gördükdə üzü qibləyə dayanıb əlləri... Davamı..

Son fürsət! Təkcə bir gün qaldı!

Son fürsət! Təkcə bir gün qaldı! Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى... Davamı..

Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı

Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى الْعَطَّارُ قَالَ حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ... Davamı..

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..