Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Sentyabr 15:00
Şərh Yoxdur
10428

Qeybəçəkilmənin bəzi hikmətləri

İmam Mehdinin (ə.f) qeybdə olması Allahın hikmətlə dolu iradəsi ilə əlaqədardır və bu, varlıq aləminin mürəkkəb sirrlərindən hesab edilir (İmam Sadiq (ə) buyurmuşdur: “Allah-Taalanın hikmətli olduğunu bildikdə, onun bütün söz və işlərinin hikmət olduğunu təsdiq etməliyik; əsl həqiqəti bizə məlum olmasa belə”: (Kəmalüddin, c.2, səh.482)

Bəzi hədislərdə qeybin bir sıra hikmət və səbəblərinə toxunulmuşdur. İndi isə onlardan bəzisinə işarə edək:

1. Peyğəmbərlərin qeyb dövründə həyata keçən qanun və ənənələr (sünnə) İmam Mehdinin (ə.f) qeyb dövründə daha da ali formada həyata keçəcəkdir. (“Kəmalud-din”, c.2, s.345)

2. İmam Mehdini (ə.f) fiziki cəhətdən məhv etmək İslam dininin yer üzərində hakim olması missiyasını təhlükə altına sala bilər. Buna görə də Allah-Taala vədəsini gerçəkləşdirmək üçün Öz höccətini qoruyur, onun canına zərər verəcək şeyləri İmamdan (ə.f) uzaqlaşdırır.

3. Yer üzərində İslam hakimiyyətinin bərqərar edilməsi və istismarçı şəxslərin məhv edilməsi üçün münbit cəmiyyət hazırlanmalıdır. İmam Mehdi (ə.f) bu haqda buyururb ki, zühur və qiyam etdiyi zaman boynunda heç bir tağut və zalımın beyəti olmayacaqdır. (“Kəmalud-din”, s. 481)

4. Qeyb dövrünün hikmətlərindən biri də İnsanların imtahan olunmasıdır. Həzrət Muhəmməddən (s) nəql edilən hədisə əsasən belə bir qənaətə gəlmək olar ki, İmam Mehdinin (ə.f) qeyb dövründə yalnız qəlbləri ilahi imanla saflaşdırılmış şəxslər onun imamlığına inanacaq və bu yolda sabitqədəm olacaqlar. (Ətraflı bax: “Müntəxəbül-əsər”, s.101)

5. İnsanların günaha aludə olması və zühura hazır olmaması səbəbini də qeyb dövrünün fəlsəfə və hikmətlərindən hesab edirlər. İmam Mehdi (ə.f) özünü buludlar arxasındakı günəşə bənzətmişdir (“Ehticac”, s. 263; “Biharul-ənvar”, c.52, s.92.) Əgər İmam (ə.f) işıqlı bir günəşdirsə, o zaman, onun üzünü örtən buludlar nədir? Məgər bu buludlar insanların nankorluğu və törətdikləri günah əməllər deyilmi?

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..