Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Dekabr 11:32
Şərh Yoxdur
4012

İmanı gücləndirmək üçün 3 metodoloji addım

Biz müsəlmanlar yaxşı bilirik ki, həqiqi səadət iman və saleh əməldən asılıdır. İman bir bulaq kimi insanın ürəyindən qaynayıb çıxar və bütün bədən üzvlərinə axar və gözəl əməl şəklində zahir olar. Ona görə də demək olar ki, təqvanın meyvəsini gərək iman budağından götürəsən.

İmanın dərəcələri vardır. Ona görə də onu yaradan amilləri, həmçinin gücləndirən və zəiflədən amilləri tanımalıyıq ki, imana sahib olaq və onu gücləndirək. (Tebyan/Deyerler)

İmanı gücləndirməyin yolları:

1. Qəfləti aradan aparmaq. İmanı gücləndirməyin ilk addımı – qəfləti aradan aparmaqdır. İman ixtiyari bir iş olduğuna görə insan onu seçməkdə azaddır. Bir çox mövzu içərisindən onu seçərsə, doğru yola qədəm basar. Ancaq əks halda qəflət baş qaldırar və insanın diqqətini başqa mövzulara cəlb etməyə çalışar. Düzgün seçim yolunu onun üçün bağlayar. Ona görə də Quran buyurur: “Doğrudan da Biz cin və insanların çoxunu (sanki) cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi)eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179). Bəli, qəflətə düşən insan həqiqətləri görə bilməz və istedadlarından istifadə edə bilməz. İnsanın iman sahibi olması üçün ilk edə biləcəyi iş – qəflətini aradan qaldırmaqdır. Yəni, maddi ləzzətlərdən daha üstün ləzzətlərə diqqət edək və ayılmağa çalışaq.

2. Elm öyrənmək. Qəfləti aradan aparandan sonrakı addım – elm öyrənməkdir. Çünki insan ilk iman gətirən zaman şəklərdə olur və belə güman edir ki, görəsən peyğəmbərlərin söylədikləri doğrudurmu? Bu şəkk-şübhəni aradan qaldırmağın tək yolu – elm öyrənmək və bu sahədə biliyi artırmaqdır. Səadət axtarışında olan insan gərək tövhidi, nübuvvəti, məadı bilsin və ona iman bəsləsin. Möhkəm dəlillərlə dinin üsullarını sübut etməyi bacarsın. İmanın yaranması və güclənməsi üçün elmin olması şərtdir. Ona görə də Quran buyurur:“Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar”. (“Fatir” 28).

3. İmana ürəkdən bağlanmaq. İnsan əgər başqasına ürək bağlayarsa, elmin ona təsir etməsinə mane olar. Belə ki, bəzən insanın bir şeyə elmi vardır, ancaq ona iman gətirmir. Çünki ürəyi başqasına bağlıdır. Elm – zehnə aiddir, iman – ürəyin işidir. İman ürək verib və ürəklə bağlanmaqdır. Bu, o zaman həyata keçər ki, ürəyin bütün diqqəti Allahda olsun, ondan başqasına diqqət göstərməsin. Ona görə də o kəslər nəsihəti və təzəkkürü qəbul edirlər, onların ürəkləri vardır. Firon kimilər Allahın ayələri ilə rastlaşan zaman onu inkar edirlər, çünki ürəkləri ölmüşdür. “Və ona (möcüzələrimizə) daxilən yəqinlikləri olsa da, zülm və təkəbbür üzündən inkar etdilər. Bir gör, fitnə-fəsad törədənlərin aqibəti necə oldu!”. (“Nəml” 14).

Beləliklə deyə bilərik ki, imanı gücləndirmək üçün üç addım atmaq lazımdır. Birincisi qəfləti – aradan aparmaq, ikincisi – elm öyrənərək imanı sabitləşdirmək, üçüncüsü isə – imana ürəklə bağlanmaq.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..