Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Aprel 13:23
Şərh Yoxdur
741

Ayətullah Amuli: “Orucun batini insanı Allahla görüşməyə çəkib aparır”

Bəzi rəvayətlərdə deyilir: «Oruc tutun ki, mübarək ramazan ayından başqa nə təravət, sevinc və şadlıq varsa, hamısını unudasınız. Çünki onların hamısı yalançı və ötəridir. İnsan oruc tutsa və ona qəlbən bağlansa, yavaş-yavaş orucun batinini başa düşür. Orucun batini insanı Allahla görüşməyə çəkib aparır. Allah-Təala buyurur: «Oruc Mənə məxsusdur və Mən onun əvəzini verəcəyəm».[1]

Bu ifadə yalnız oruc üçün deyilmişdir.

Mümkünəl-vücud cahanın bütün əşyaları və varlıqları Allaha məxsusdur. Elə bir varlıq yoxdur ki, Onun olmasın. Çünki hər şey Onun yaratdığı və Onun quludur. Bizim göz və qulağımıza da O sahibdir:

 

أَمَّنْ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَار

«Sizin qulaqlarınıza və onların eşitmə qabiliyyətinə və sizin gözlərinizə və onların görmə qabiliyyətinə kim hakimdir? …Onlar dərhal «Allah!» deyərlər».[2]

Həzrət Əli (ə) buyurur: «Sizin bədən üzvləriniz Onun şahidləri, bədənləriniz qoşun və əmrini tabe olanlar, düşüncələriniz gözətçiləridir və sizin gizliləriniz Onun yanında aşkardır».[3]

Dünyada elə bir varlıq yoxdur ki, Allah-Təalanı yad və zikr etməsin. Bəzən qafil olan, bəzən ayılan təkcə insandır. Mələklər hətta insanın aldığı nəfəsləri belə sayarlar, onun nə üçün nəfəs aldığını qeyd edərlər. Quranın dediyi kimi bütün cahan onun mülküdürsə[4], deməli bizim bütün bədən üzvlərimiz Haqqın ordusudur:

 

وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْض

«Göylərin və yerin orduları Allaha məxsusdur».[5]

«Oruc Mənə məxsusdur» deyilməsi diqqət olunması gərəkən bir xüsusiyyəti çatdırır.

Bəzən insan səhərdən axşama kimi ac qalıb imsak edir. Bu, orucun birinci dərəcəsidir. Bu, ən çoxu cəhənnəmdə yanmamaq və «altından çaylar axan»[6] cənnətlərə daxil olmaq üçündür. Amma bu oruc «Mənim bəndələrimin zümrəsinə daxil ol! Və Mənim Cənnətimə daxil ol!»[7] üçün yol açmaz. Yəni orucun xüsusi hökm və qaydaları olduğu kimi bir hikməti də vardır. O da Allahla görüş və Onun məhəbbətidir.

Bu hədis insanda aşiq olmaq üçün şövq yaradır. İnsan müştaq olmayınca səy göstərməz. Səy göstərmiyincə isə heç yerə çatmaz. Oruc Allaha məxsusdursa, orucun mükafatını da Allah öz üzərinə götürür.

Fəqihliyi ilə yanaşı həm də İslam maarifində və əqli elmlərin çoxunda nəzər sahibi olan mərhum Məhəmmədtəqi Məclisi deyir: «Allah-Təala yalnız «oruc Mənə məxsusdur» deməklə kifayətlənməyib «Mən onun əvəzini verəcəyəm» də buyurur: «Mən» deməklə[8] özünü tanıtdıraraq buyurur ki, oruc Mənə məxsusdur və Mən onun əvəzini verəcəyəm».[9]

 

www.ahliman.info

[1] «Rovzətul-muttəqin» cild 3, səh. 225. Bəziləri bu rəvayəti belə məna etmişlər: «Oruc Mənə məxsusdur və onun mükafatı da Mən özüməm». İbn Əsir, «Nihayə» cild 1, səh. 270.

[2] «Yunus» surəsi, ayə 31.

[3] «Nəhcul-bəlağə» xütbə 190.

[4] «Göylərin və yerin həqiqi mülkiyyəti və tam hakimiyyəti Allaha məxsusdur». «Ali-İmran» surəsi, ayə 189.

[5] «Fəth» surəsi, ayə 4.

[6] «Ali-İmran» surəsi, ayə 15.

[7] «Fəcr» surəsi, ayə 29-30.

[8] Həmin cümlədə «Mən» deyilməsə də olardı. «Onun əvəzini verəcəyəm» deyilsəydi, yenə mənə anlaşılacaqdır. «Mən» kəlməsinin deyilməsi diqqətləri bu kəlməyə yönəldir və xüsusi məna vurğulandığını bildirir. Red.

[9] «Rovzətul-muttəqin» cild 3, səh. 225.

Digər “Ramazan ” Xəbərləri

Ayətullah Amuli: “Bizim mübarək ramazan ayında ən böyük vəzifəmiz azad olmaqdır.”

Ayətullah Cavadi Amuli buyurur: Böyüklərimiz deyiblər: Oruc tutmaq çətin və ağır olsa da, Allahın buyurduğu «Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi... Davamı..

Sabah Fitr bayramıdır. Bayram gecəsinin və gününün əməlləri

Xəbər verdiyimiz kimi sabah may ayının 3-ü mübarək Fitr bayramıdır. Bu gün mübarək Ramazan ayının son günü və eləcə də bu gecə... Davamı..

İstihlal Mərkəzi: Sabah mübarək Ramazan ayının 30-cu günüdür

Bu gecə Ramazan ayının 29-dan 30-a keçən gecə, İstihlal Mərkəzi Şəvval ayının hilalını müşahidə etmədi. Bu səbəbdən sabah may ayının 2-i  mübarək... Davamı..

Ayətullah Amuli: “Ramazan ayının sonunda Allahın dostları qəriblik hiss edirlər”

Ayətullah Cavadi Amuli buyurur: Bu vida ilə biz elə əziz bir dostdan ayrılırıq ki, onun ayrılığı dözülməzdir. Məna əhli olan üçün bu... Davamı..

Ayətullah Amuli: Qədr gecələrində ilahi elmləri öyrənməkdən üstün heçnə yoxdur

Ayətullah Cavadi Amuli buyurur: Peyğəmbər (s) zamanında o Həzrəti minlərlə insan görüb. Lakin onlar bir yana, Həzrət Əli (ə) bir yana. Deyilənə... Davamı..

Ayətullah Amuli: “Azad insan öz idarəçiliyini nəfsinin ixtiyarına qoymaz”

“Allah tərəfindən səndə azad olanlar nə çoxdur...” Allah-Təala oda, bəlaya, əxlaqi rəzilliklərə mübtəla olanları bu zəncirlərdən azad etdi. Azadlıqdan daha üstün hansı... Davamı..

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq.   Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır: 1. Gün batarkən Qədr gecəsinin... Davamı..

İmam Səccad (ə): Salam olsun o aya ki, biz bu ayda Allahdan nə istədiyimizi anladıq

“Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə”. Biz bu ayda nə istəyəcəyimizi başa... Davamı..