Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Mart 09:59
Şərh Yoxdur
1999

Ayətullah Amuli: “Bizim mübarək ramazan ayında ən böyük vəzifəmiz azad olmaqdır.”

Ayətullah Cavadi Amuli buyurur:

Böyüklərimiz deyiblər: Oruc tutmaq çətin və ağır olsa da, Allahın buyurduğu «Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı»[1] ayəsini eşidəndə, orucun yorğunluğunu alar: «Nidada olan ləzzət ibadətdə olan əziyyəti aradan aparar».[2]

Peyğəmbər (s) şəban ayının son cüməsində xütbə edərək buyurur: «Ey insanlar! Nəfsləriniz əməllərinizin girovundadır. İstiğfar etməklə onları azad edin!»[3]

Yəni siz azad deyil, qəfəsdəsiniz və bunu bilmirsiniz. Günahlarınız sizi qəfəsdə həbs edib. Mübarək ramazan ayında istiğfar etməklə özünüzü azad edin! Günahkar borclu hesab olunur. Borclu da girov qoymalıdır. İbadətdə ev və torpağı girov kimi qəbul etməzlər, insanın canını istəyərlər. «Mən istədiyimi edirəm, istədiyim yerə gedirəm, istədiyimi deyirəm…» deyən kəs azad deyil əsirdir. O, nəfsinin quludur, əsla azad sayılmaz.

İslamda azadlıq qədər böyük dəyər yoxdur. Həzrət Əli (ə) buyurur: «Şəhvət hisslərini tərk edən kəs azad olar».[4]

Məsumlar öz sözlərində bizə azad olmağı öyrətmişlər. Zahiri düşməndən azad olmaq o qədər də mühüm deyil. Mühüm olan batini düşməndən azad olmaqdır.

Azad, ya kölə olmağı ayırd etməyin yolu budur ki, əgər ürəyimiz istəyəni ediriksə, deməli tamahımızın zindanında və nəfsimizin qəfəsindəyik. Yox, əgər Allahın dediyinə əməl ediriksə, azadıq. Azad insan Allahdan başqasını düşünməz.

Bizim mübarək ramazan ayında ən böyük vəzifəmiz azad olmaqdır. İnsan öz əli ilə özü üçün düzəltdiyi bu polad barmaqlıqları və qəfəsləri sındırmalıdır.

Azadlıq yolu istiğfar və Allahdan əfv istəməkdir. Ona görə də deyirlər: «Hər gecə-gündüz bir neçə dəfə «əstəğfirullahə rəbbi və ətubu iləyh» deyin!»[5]

Həm namazda, həm də başqa vaxt özünüz və başqaları ücün Allahdan bağıslanmaq istəyin! Sadəcə cəhənnəmdən qurtulmaq və ya cənnətə getmək, oranın nemətlərindən bəhrələnmək üçün deyil. Hədəf bunlardan daha yüksək olmalıdır.

Həzrət Əli (ə) Malik Əştərə yazdığı məktubunda buyurur: «Bu din şər insanların əlində əsir olub. Ona şəxsi istəklərlə əməl olunur, onun vasitəsilə dünya istənilir».[6]

Dünyada məğlub olanlar nəfslərinin əsiri olanlardır. Həm dünyada qalmaq istər, həm də azad olmaqdan qorxarlar. İslam bu iki xüsusiyyətin üstündən xətt çəkir, haqq olan iki qayda təqdim edir; təbiətə və dünyaya qəlbən bağlanmaq və maddi olmayan varlıq aləmindən qorxmamaq.

Həzrət Əli (ə) buyurur: «Elə bir azad insan varmı ki, keçmiş nəsillərin dişinin dibində qalanları tərk etsin!?»[7]

Bu dünyada olan məqam, məskən, torpaq, sərvətdən keçmiş nəsillər istifadə etmişlər. Onların dişinin dibində qalanlar bu gün sizin əlinizə çatmışdır. Hal-hazırda dünyada olan hər şey keçmişlərdən artıq qalanlardır. Azad insan bunların hamısını tərk etməlidir.

Quran buyurur:

كُلُّ امْرِئٍ بِمَا كَسَبَ رَهِينٌ

«Hər bir insan öz əməlinin girovudur.[8]

 

كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ إِلَّا أَصْحَابَ الْيَمِينِ

Hər kəs öz əməlinin girovundadır, «əshabi-yəmin»dən başqa».[9]

«Əshabi-yəmin» o kəslərdir ki, əməl dəftərləri sağ əllərinə verilmişdir və bərəkət əhli olanlarla birlikdədirlər. Onlardan bərəkətdən başqa bir şey gözlənilməz. Onların da bərəkətdən başqa işləri olmaz. Bu, Allahın bizdən əldə etməyimizi istədiyi ən gözəl nemətdir.

Ramazan ayı azad olmaq ayıdır. Ötən hər gün azad olmağa doğru addımladığımız yolda düyünlərdən birini açmalıyıq. Azad olmağın ən gözəl yolu ibadətlərin hikmətlərinə baş vurmaqdır.

 

www.ahliman.info

[1] «Bəqərə» surəsi, ayə 183.

[2] «Məcməul-bəyan» cild 2, səh. 490.

[3] «Əmali vəl-məcalis» səh. 85.

[4] «Bihar» cild 74, səh. 239.

[5] «Bihar» cild 17, səh. 44.

[6] «Nəhcul-bəlağə» hikmət 53.

[7] «Nəhcul-bəlağə» hikmət 456.

[8] «Tur» surəsi, ayə 21.

[9] «Muddəssir» surəsi, ayə 38-39.

Digər “Ramazan ” Xəbərləri

Sabah Fitr bayramıdır. Bayram gecəsinin və gününün əməlləri

Xəbər verdiyimiz kimi sabah may ayının 3-ü mübarək Fitr bayramıdır. Bu gün mübarək Ramazan ayının son günü və eləcə də bu gecə... Davamı..

İstihlal Mərkəzi: Sabah mübarək Ramazan ayının 30-cu günüdür

Bu gecə Ramazan ayının 29-dan 30-a keçən gecə, İstihlal Mərkəzi Şəvval ayının hilalını müşahidə etmədi. Bu səbəbdən sabah may ayının 2-i  mübarək... Davamı..

Ayətullah Amuli: “Ramazan ayının sonunda Allahın dostları qəriblik hiss edirlər”

Ayətullah Cavadi Amuli buyurur: Bu vida ilə biz elə əziz bir dostdan ayrılırıq ki, onun ayrılığı dözülməzdir. Məna əhli olan üçün bu... Davamı..

Ayətullah Amuli: Qədr gecələrində ilahi elmləri öyrənməkdən üstün heçnə yoxdur

Ayətullah Cavadi Amuli buyurur: Peyğəmbər (s) zamanında o Həzrəti minlərlə insan görüb. Lakin onlar bir yana, Həzrət Əli (ə) bir yana. Deyilənə... Davamı..

Ayətullah Amuli: “Azad insan öz idarəçiliyini nəfsinin ixtiyarına qoymaz”

“Allah tərəfindən səndə azad olanlar nə çoxdur...” Allah-Təala oda, bəlaya, əxlaqi rəzilliklərə mübtəla olanları bu zəncirlərdən azad etdi. Azadlıqdan daha üstün hansı... Davamı..

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq.   Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır: 1. Gün batarkən Qədr gecəsinin... Davamı..

İmam Səccad (ə): Salam olsun o aya ki, biz bu ayda Allahdan nə istədiyimizi anladıq

“Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə”. Biz bu ayda nə istəyəcəyimizi başa... Davamı..

Həzrət Muhəmməd (s): Bu ayın ən üstün əməli Allahın haram etdiklərindən qorunmaqdır!

Ayətullah Cavadi Amuli buyurur: Həzrət Peyğəmbərin (s) sözü bu məqama çatdıqda bütün din maarifini ondan eşidən Həzrət Əli (ə) camaatın içindən qalxıb... Davamı..